Modern.az

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi nə vaxt tam fəaliyyət göstərəcək?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi nə vaxt tam fəaliyyət göstərəcək?

13 Mart 2019, 12:09

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2019-cu il tarixli Fərmanı əsasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb. Prezidentin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə həmin Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişəm. Bildirmək istərdim ki, hal-hazırda Mərkəz öz fəaliyyəti ilə bağlı qeydiyyat və inzibati məsələlərinin həlli mərhələsindədir”.

Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, qeydiyyat və inzibati məsələlərinin həlli mərhələsi yekunlaşdıqdan sonra Mərkəz tam fəaliyyət göstərəcək:

“Sənədləşmə işləri başa çatdıqdan sonra gələcək fəaliyyət istiqamətlərimiz barədə geniş ictimaiyyət məlumatlandırılacaq. Bütün həmkarlarıma və dostlarıma ünvanladıqları təbriklərə və Mərkəzin fəaliyyəti ilə bağlı göstərilən böyük marağa görə təşəkkürümü bildirirəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir