Modern.az

Azərbaycanın da təyyarə aldığı şirkət 26 milyard dollar itirdi

Azərbaycanın da təyyarə aldığı şirkət 26 milyard dollar itirdi

13 Mart 2019, 12:25

Efiopiyada Boeing 737 Max təyyarəsinin qəzaya uğraması aviasiya nəhəngi üçün ciddi maliyyə itkiləri ilə nəticələnib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nyu-York Fond Birjasının məlumatları göstərir.

Belə ki. Təyyarə qəzasına qədər Boeing-in səhmlərinin dəyəri 422,5 milyard dollar, kapitalizasiyası isə 238,7 milyard dollar idisə, layner qəzasından sonra səhmlər 375,4 milyard dollara, kapitalizasiya isə 212,1 milyard dollara qədər geriləyib.

 

Bu ucuzlaşma 2001-ci ildən bəri ən kəskin ucuzlaşma sayılır. Xatırladaq ki, Azərbaycan Boeing-dən bu ilin sonundan etibarən 10 Boeing 737 Max layneri alacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir