Modern.az

“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir

13 Mart 2019, 12:36

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.

QSC-dən Modern.az-a verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub