Modern.az

Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır

Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır

13 Mart 2019, 12:43

"Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır".

Modern.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda kibertəhlükəsizlik üzrə regional forumda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.

O qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, təşkilat Azərbaycanda İKT sahəsində keçirilən proqramları dəstəkləyir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir