Bu gün qanunvericilikdə tikinti işləri ilə bağlı əhtraf mühitə vurulan ziyana görə məsuliyyət məsələsi aşıq şəklidə göstərilməli və bu yöndəki maddələr daha da sərtləşdirilməlidir.
Modern.az-ın məlumata görə, bunu millət vəkili, “Azəryolservis” Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov parlament komitələrinin birgə keçirilən iclasında söyləyib.
Onun sözlərinə görə, tikinti işləri ilə məşğul olan və ətraf mühitə böyük ziyan vuran şirkətlər, təşkilatlar bu məsələdə ciddi məsuliyyət, cavabdehlik hissi daşımırlar:
“Demək olar ki, tikinti işləri ilə bağlı hər gün yollara palçıq, zığ axıdılır. Biz artıq hər gün şəhəri yumaqdan bezmişik. Axı, nə qədər şəhəri yumaq olar?! Tikinti işləri ilə bağlı əmələ gələn palçığa, zığa, ətraf mühitə dəyən ziyana görə də heç kim heç bir məsuliyyət daşımır. Odur ki, Tikinti və Şəhərsalma Məcəlləsində bu məsələyə görə nəzərdə tutulan maddələr sərtləşdirilməlidir. Buna çox böyük ehtiyac var. Yoxsa, bu qanun “taxtapuşta” qanun olacaq”.
Modern.az