Arxiv
13 mart 2019, 14:39 | ƏDƏBİYYAT
Moskva xatirələri - I HİSSƏ

Cəlaləddin Qasımov


1984-cü ildə Moskva İdarəetmə Universitetinə (MİU) qəbul olundum. Bir ay idi ki, birinci kursda oxuyurdum.

Moskvada Puşkin metrostansiyasından çıxaraq, “Teverskoy”da Babayev adı­­­na karamel mağa­za­sı­na girdim. Orada üç kilo “Mecta” kon­fe­ti­ almaq üçün çek götürdüm. Növbəyə du­rub satıcıya çeki təqdim etdim, konfeti verməsini istədim. Sa­­tı­cı mənə bildirdi ki, adambaşına iki kilo verilir. Bu vaxt arxadan bir qız satıcıya dedi ki, biz iki nə­fə­rik, üç kilo versin. Mən arxaya baxarkən gözəl bir qız gördüm. Ona tə­şəkkür etdim. Onun gözlərində, üzündə mənə aid nəsə olduğunu gö­r­düm. Gözümü ondan çəkə bilmirdim. Satıcı mənim üç kilo kon­fe­timi hazır edərək vermişdi. Mənim fikrim isə qızda qalmışdı. Onu hardan tanıdığımı düşünürdüm...
Satıcı dedi:

- Al konfetini get, növbəni gecikdirmə.

Növbədə olan o da qız çek verib bir kilo konfet aldı. Hər birimizə iki ki­­­­lo düşdü. Mən ye­ni­dən mağazanın içərisindəki bölmələrə baxaraq, baş­­qa konfet də almaq üçün qiy­mətlərə baxdım. Kassaya ya­xın­la­şa­raq pulu ödəyib yeni çek götürdüm və gəlib almaq istədiyim həmin şokolat üçün növbə tutdum. Məndən qabaqda yenə həmin qı­zı gör­düm. O, mənim konfet aldığım şöbəyə yenə bir kilo konfetin çekini vur­­­dur­du. Mən o qızdan xahiş edərək dedim:

- Üç kilo alsam, mənə bir kilonun alınmasında kömək edərsinizmi? Qız:

- Sən alverçisənsə, kömək etməyəcəyəm, əgər alverçi deyilsənsə, kömək edərəm.

Mən gülərək qıza dedim:

- Mən konfet alverçisiyəm.

Qız da gülərək söylədi:

- Məni bağışla, sənə kömək etməyəcəyəm.

Çeki alandan sonra yenə konfet bölü­münə getdim. Qız da ora­da növbəyə durmuşdu. Hər ikimiz özümüzə məxsus olan kon­feti al­­dıq. Mən yenidən sıraya duraraq əlavə iki kilo da konfet aldım.

Mağazadan çıxıb “Teverskoy”dan aşağı düşdüm ki, mərkəzi poçtla al­dığım konfeti rayona göndərim. Yol boyu mağazada gördüyüm qı­­zın üzündəki nuraniliyi, mehribanlığı xatırladım. Lakin mənə alverçi dediyinə görə ondan incimişdim. Ona görə nu­ra­ni­lik, mehribanlıq bir anda xəyalımdan yox oldu. Poçta gəlib bir bağ­­­lama alaraq konfetləri yerləşdirdim. Sonra açıqca seçib qarda­şı­­­mın ad gününü təbrik üçün ürək sözlərimi yazıb bağlamaya qoy­dum. Bağlamanı göndərmək üşün mənə bir vərəq verib dedilər ki, bu­­nu doldur. Rus dilində yaxşı bilmədiyim üçün vərəqi doldura bil­mə­­dim. Yaxınlıqda bir qız teleqram yazırdı. Vərəq əlimdə ona ya­xın­­laşdım ki, mənə kömək etsin. O, başını qaldıranda mağazada mə­­nə alverçi deyən qızın olduğunu gördüm. Yenidən dilim tutuldu. Ge­­ri çəkilib bağlama qoyduğum stola yaxınlaşdım. Yenicə vərəqi yaz­maq istəyirdim ki, qız özü mənə yaxınlaşdı:

- Sizə kömək edəcəm, - dedi və vərəqi doldurdu. Sonra isə öz te­leq­ram­ını yazmağa davam etdi. Mən Moskvada çəkdirdiyim bir ne­çə fotoşəklimi və ad gününə yazdığım açıqcanı bağlamaya qoy­dum. Bu vaxt həmin qız yenidən mənə yaxınlaşıb dedi:

- Sənə alverçi dediyimə görə, məndən incimisən?
Sonra da açıqcaya ba­xa­raq əlavə etdi, - sən ad günü hədiyyəsi göndərirsən, kimin ad gü­nü­dür?

 Dedim:
- Kiçik qardaşımın ad günüdür, 8-ci sinifdə oxuyur.

 Qız açıqcada yazdığım yazını oxumaq istədi. Qardaşıma gön­də­rə­cə­yim şəkillərimə də baxdı:

- Sizin dildə oxuya bilmirəm, - dedi və özü yeni ad günü açıqcası se­­çib aldı. Sonra rus dilində yazdı. Məndən qardaşımın adını so­ru­şub nəsə əlavə edib dedi:

- Mənim də balaca qardaşım 8-ci sinifdə oxuyur. Qardaşının ad gü­nü­­nə konfet almaqda sənə kömək etmədiyimə görə məni bagışla. Sə­nə alverçi dediyimə görə, icazə ver bu  açıqcanı da qardaşına mən həd­di­yə edim. Yəqin qardaşın rus dilində bilir.

- Mənim qardaşım məktəbdə rus bölməsində oxuyur.

O qız mənim və qarda­şı­mın adını soruşub açıqcanı yaz­ma­ğa baş­la­dı.

 Onun üzündəki mehribanlığı, nuraniliyi yenidən görməyə baş­la­dım. Gözümü onun üzünə zilləmişdim. O, açıqcanı yazıb qurtar­dıq­dan sonra soruşdum:

- Adınızı deyərsinizmi?

Qız dedi:

- Yox. Amma əgər üçüncü dəfə görüşsək, deyərəm.

Mən onun üzündəki mehriban ifaənin bir anda yox olduğunu gör­­düm. Qız getdi. Mən də bağlamanı poçta təhvil verdim. Son­­­­ra dayımgilin ev telefonunu yığmaq üçün poçtda qoyulmuş apa­rata yaxınlaşdım. Aparatla zəng etmək üçün mütləq iki qəpiklik ol­­­­malı idi. Zəng vurmaq üçün boş kabinəyə girdim. Telefon iş­lə­mir­­­di. Bu kabinədən çıxıb ikincisinə yaxınlaşdım. Burada isə bir qız zəng vururdu. Başqa aparatlar da məşğul olduğundan qızın danı­şı­ğını bitir­mə­si­ni gözləməli oldum. Onun əynindəki paltar mənə tanış gəl­di. Diq­qət­lə fikir verdikdə, gördüm ki, telefonla danışan həmin qız­dır. Ar­xa­dan onun yığdığı nömrəyə baxdım - 4225959. Yadıma düşdü ki, bu qızla bir neçə dəfə te­lefonla da da­­nış­mı­şam. Mən qaldığım evin telefon nöməsi 3225959 ol­­­du­ğun­dan, səhv salaraq bu nömrəyə çox zəng vurmuşam. Hətta qı­zın adı­nın Lena olduğunu da öyrənmişdim. Lena telefonla da­nı­şır­dı:

- Mənəm, mama, Lenadır. Atam evdədirmi? De ki, teleqramı vur­dum.

Bu vaxt başqa kabinə boşaldı. Keçib telefon aparatından 3225959 nöm­rəsini yığdım.
Rayondan balaca dayım Hafiz gəl­miş­di. Mənim ins­tituta gedib-gəlməyimə nəzarət edirdi. Böyük dayı­mın isə Mosk­va­da Bakinski ilə Sevanski küçəsinin kəsiş­məsin­də evi var idi. Mən ki­çik dayımla orada qalırdım. Dayıma dərslərimin bit­diyini və ins­ti­tutdan çıxıb rayonda olan kiçik qardaşım Ni­za­mi­nin ad gününə bağ­lama göndərdiyimə görə, yubanacağımı bil­dir­dim. Dayım dedi:

- Şəhərin mərkəzində məni gözlə. Axşam kinoya gedərik. Mən gə­li­rəm.

Puşkin metrostansiyasının yaxınlığında görüş vaxtını dəqiqləşdirdik. Da­yım­­la danışdıqdan sonra Lena zəng vurduğu kabinəyə yaxınlaşdım. Onu görmədim. Hər yerə baxdım, yox idi. Düşündüm ki, onun­­­la bir gündə təsadüfən 4 dəfə görüşdüm.


Ona təsadüfən neçə dəfə zəng vurmuşam, onunla neçə dəfə te­le­fon­da danışmışam. İndi isə qızın üzündəki mehribanlığı gö­­­zümün qabağına gətirəndə, hiss edirdim ki, onun gözlərində mə­nə aid qeyri-adi nə isə var. Bir də onu görə biləcəyəmmi, deyə fi­kir­ləş­dim. Yadıma düşdü ki, telefon nömrəsi məndə var. Hətta əz­bər­dən bilirdim. İndi mənə aydın olurdu ki, hərdən onlara səhv ola­raq zəng etməyim təsadüf deyilmiş.

Yarım saatdan sonra dayımla görüşdük. Şəhərdə bir az gəzişdik, ki­­­no­ya baxdıq. Dayım məndən tez-tez soruşurdu:

- Nə olub? Nəsə fikirlisən, bir problemin yoxdur ki?
 Mən isə heç nə demirdim. Hafiz dayılarımın ən kiçiyi idi. Mənə siqaret çəkməyi də o öyrətmişdi. Aramız açıq idi. Ona heç nə de­mədim. Kino qurtaranda ayağa qalxdım. Həmin anda işıqlar yan­dı. Təsadüfən dönüb arxaya baxdıqda Lenanı gördüm. Donub qal­dım. Rəngim qaçdı, əllərim əsməyə başladı. Ona baxa-baxa qal­dım. Le­nanın yanında atası, anası, qardaşı var idi. Mən hiss etdim ki, Le­na da həmin anda şoka düşmüşdü. Qeyri-ixtiyari ikimiz də bir-biri­mi­zin üzünə baxdıq. Lenanın ailəsi zaldan çıxırdı, dayım isə digər sıra tərəfdən zaldan çıxırdı. Lenadan soruşa bildim:

- Bizim bu gün beşinci görüşümüzdür. Adını deməlisən.

 O, gülərək mənə dedi:

- Adımı növbəti görüşdə deyəcəyəm.

- Onda səni sabah yenə tapacam, harada olsan belə.

Lena sözümdən bir az da xoşhallanaraq - sabah məni tapsan adımı mütləq deyəcəm, -  dedi.
Bir az ara ve­rib, - səninlə tanış da olacam, ancaq sabah. Çünki sabah mən bütün gü­nü evdə olacam, şəhərə çıxmayacam, sabah istirahət günümdü.

- Sənə zəng vuracam, necə olsa səni tapacam, - dedim.

- Bizi izləyib evimizi öyrənəcəksən? Onu demək istəyirsən? Onda məni bir daha görməyəcəksən.

Lenanın valideyn­ləri və dayım ön siradan kinoteatrdan çı­xırdılar. Arxa sırada olduğumuzdan bizi görmürdülər.

- Yox, mən sənin adını da bilirəm, telefon nömrəni də, - dedim.

Lena:

- Nə? Ola bilməz. Mənim adımı desən, səninlə dost olacam.

- Adın Lenadır.

 - Onda sən bayaqdan bizə qulaq asırmışsan. Sən təsadüfən bu sıra­da oturmamısan. Bəs telefonumuzun nömrəsi necədir?

Özümdən asılı olmayaraq tez - telefon nömrəniz 4225959-dur, - deyərkən, Lena:

- Nə dedin? Sən hardan bilirsən?
Qız qaçmağa başladı. Kino­teat­­rın pilləkanlarını tez-tez enib məndən uzaqlaşdı. Mən onun ar­xa­­sınca getmək istəsəm də, ayaqlarım tərpənmədi. Sanki quruyub ye­­rimdə qalmışdım. Bir də gördüm ki, qapının yaxınlığında Lenanın va­lideynləri onu axtarır. Onlar Lenanı tapdıqda sualı sual dalınca yağ­dırmağa başladılar:

- Biz səni axtarırdıq. Harda qalmışdın? Sənə nə olub, rəngin niyə qa­çıbdır? Sifətin niyə pörtüb?

Onların iki addımlığına qədər gələ bilmişdim. Tamaşaçılar kino­teatr­dan as­ta-asta çıxırdı deyə, qapının ağzın toplaşanlar növbə göz­­­lə­yirdi. Lenanın valideynləri isə durmadan ona suallar verir­dilər:

- Sən nə olub belə? Özündə deyilsən. Sənə kimsə söz deyib?

 Lena məcburən yalan cavab verməli oldu:

- Yuxuya dalmışam. Bir də ayıldım ki, siz getmisiniz. Tək qalmış­dım deyə, qorxmuşdum.

 Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə:

- Hardasan, mən də səni axtarıram, - dedi. Bir az üzü­­mə diqqətlə nəzər etdikdən sonra, - sənə nə olub? Rəngin qaçıb, əl­­lərin də əsir, deyə mənə suallar verirdi.
Lena da bizim yaxınlı­ğı­mız­­­da idi. Hiss edirdim ki, o, dayımın dediklərini başa düsür, mə­nim rəngimin qaçdığını, əllərimin əsdiyini görürdü. Biz kinoteatr­dan yavaş-yavaş çıxırdıq, qapıya doğru yaxınlaşdıqda camaat hər tə­­rəfdən bizi sıxdı.  Lena ilə çiyin-çiyinə toxundum və on addım be­­ləcə getdik. Elə oldu ki, əllərimiz də bir-birinə dəydi. Həmin an Le­­­na gözlərimin içinə baxdı və mənim əlimdən möhkəm sixmağa baş­­­ladı. Mən də onun əlini sıxdım. Beləcə bir neçə addım da get­dik. Lenanın sağ tərəfində ailəsi gedirdi. O, mənə baxıb dedi:

- Sənin əllərin əsir, ürəyinin döyüntüsünü hiss edirəm əllərində.

- Mən də sənin ürəyinin döyüntüsünü əllərində hiss edirəm.

 Addımlarımızı daha da asta atırdıq ki, vaxt uzansın. Biz ilk dəfə idi ki, bir-birimzə toxunmuşduq. Həmin an mən özümü dünyanın ən xoş­bəxti hiss edir, sanki göylərdə uçurdum. 

Biz yavaş yeridiyimizdən Lenanın valideynləri və dayım bizdən xey­­li aralanmış, qapıdan çıxmışdılar. Biz isə əllərimizi sıx tutaraq ay­rılmaq istəmirdik. Lena məndən soruşdu:

- Mənim adımı və telefon nömrəmizi sənə kim deyib?

- Səninlə telefonda çox danışmışam.

- Görüşəndə izah edərsən. Sabah bu vaxt burada səni gözləyəcə­yəm.

- Səni görmək üçün səhər saat səkkizdən burada olacam.

 - Sabah tezdən axşama qədər?

- Neçədə istəsən gələrsən. Mən burada olacam.

 Biz qapıya yaxınlaşdıq. Lenanın valideynləri qapının kandarında onu gözləyirdilər. O, əlini əlimdən çəkdi. Lenanın atası, qardaşı ye­ni­­­dən ondan soruşmağa başladılar:

- Sənə nə olub? Təcili yardım çağıraqmı?
Qızın anası isə gözünü mənim üzü­­­mə zilləmişdi. Çox güman ki, o, nəsə hiss etmişdi. Çünki Lena ilə ya­na­­­şı olanda bizi görmüşdü. Bu vaxt dayım Hafiz yaxınlaşdı:

- Sən hardasan? Yenə səni itirmişdim. Rəngin niyə qaçıbdır? - de­yə suallar verəndə də Lenanın anası onu eşidirdi.

 Atası isə Lenaya sual verirdi:

- Həkim lazımdırmı, qızım?
Lenanın anası diqqətlə üzümə baxaraq ərinə - yox, həkim lazım deyil, - dedi.
Nəhayət hamımız kinoteatrın hə­yə­­­ti­nə çıxdıq. Lakin gözüm hələ də Lenada idi. Onun anası isə mə­nə baxırdı. Lena utandığından başını aşağı salmışdı.

Metroya qədər onların dalınca getdim. Onlar şirniyyat mağazasının qarşısından keçərək, univermaq tərəfə getdilər. Bu an Lenanın sözü ya­dıma düsdü. Onları izləsəm Lenaya yalan danışmış olacaqdım.

Xəyallardan aylmamışdım ki, dayım məni silkələyərək - özünə gəldinsə metroya gedək, - dedi.

- Yox, bir az havada qalım, - deyə bildirdim. Bir az dayımla gəziş­dik. Sonra metroya düşüb evə getdik. Evdə dayıma hər şeyin yaxşı ol­duğunu dedim. Mən də Lena kimi yalan danışdım:

- Kinoteatrda yatmışdım. Yuxudan oyananda qorxdum, - deyə, onu sa­kitləşdirməyə çalışdım.

Səhər saat altı tamamda yuxudan oyandım. Paltarımı geyinib evdən çıx­maq istəyəndə dayım dilləndi:

- Səni instituta gedəndə saat səkkizdə yuxudan oyada bilmirdim, in­­di saat altıda yuxudan durmusan, həm də bazar günü.

- Dayı, gələndə sənə dəyəcəm, - deyərək, onunla xudahafizləşib  evdən çıxdım. Saat yeddiyə qalmış “Rusiya” kinoteatrının qarşısına çatdım. Saat səkkizdə Lena gəldi. Onu görəndə sevincimdən uçmaq istə­yir­dim. Lenanı qucaqladım. O, gözümün içinə baxaraq adını dedi:

- Lena.

Mən də özümü təqdim etdim:

- Cəlal.

Lena:

- Cəlal hə, Qasımov?

 Mən təəccübləndim:

- Mənim soyadımı hardan bilirsən? Yəqin bağlamanı yazanda ya­dın­da qalıb?

Lena davam etdi:
- Cəlaləddin Qasımov Qəzərnfəroviç, 1967-ci ildə Tovuz ra­yo­nunda anadan olub, 1974-cü ildə 1 nömrəli orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra MIU qəbul olunub, hazırda I kursda oxu­yur. İki dayısı Moskvada yaşıyır. Biri akademikdir, biri profess­sor­. Kiçik dayısı isə onun mühafizəçisidir. Bir bacısı və bir qar­daşı var, adı da Nizamidir. Onun ad gününü mən də təbrik etmişəm.

- Mən çox təəccübləndim, bunları hardan bilirsən? Kimdən öyrən­misən?

Lena:

- Hardan öyrəndiyimi növbəti dəfə görüşəndə deyəcəm sənə.

Dedim:

- Bəs konfet alverçisi olduğumu öyrənmədin ki?

Lena gülərək:

- Yox, sən alverçi deyilsən. Səni səhv salmışdım, amma sən də kon­­­­fet­­lərin ən yaxşısını, dadlısını seçməyi mənə öyrətdin. Mən mosk­­­­valı olsam da, sən Moskva konfetlərini məndən yaxşı tanı­yır­san. Poçtda səndən ayrılandan sonra gedib həmin mağazadan sən al­­­­dığın şokolatların hərəsindən yarım kilo alıb evimizə apardım. Anam da, atam da, hətta qardaşım da mənə dedilər ki, nə dadlıdır bun­lar. Sənə kim seçibdir? Onlara dedim ki, mənə hədiyyə alıblar, bir azərbaycanlı, Tovuz rayonundandı, adı da Nizamidir. Atam əsə­bi­ləşdi ki, kimdir o azərbaycanlı? Sən hədiyyəni niyə qəbul et­mi­sən? Mən də dedim ki, o, rus dilində yaza bilmirdi, bağlama gön­də­rən­də onun əvəzinə vərəqi yazdım, o, da əvəzində bağla­manın içindəki kon­fetlərin hərəsindən bir dənə verdi. Mən də o konfetləri yedim, xo­şuma gəldi, gedib onlardan aldım. Atamın sifəti dəyiş­miş­di. O, ka­rameli yeməyi dayandırmışdı. Dedi ki, onda niyə çox almadın?
Konfeti çaysız yeyib qurtardıq. Düzünü bil­mək istəsən, sən bağlamanı yığanda istədim ki, bağlamadakı kon­fet­lərin hərəsindən bir dənə götürüb dadına baxım. Sən aldığın kon­fet­lərdən heç almamışdım.

Onun bu sözlərindən sonra dedim:

- Rayona zəng edib deyəcəm ki, o bağlamanın ağzını açmasınlar. Sə­ni rayona aparacam, onda sən özün o bağlamanı açarsan.

- Mən rayona gedəcəm? Həm də sizə, Tovuza? – təəccüblə dedi.

- Hə, gedəcəksən. Sən məni tanıyandan sonra mənə etibar edəcəksən, inanacaqsan və mənimlə gedəcəksən.

- Mən nə qədər inansam da, sən mənim xarakterimi öyrənənə qədər uzun bir vaxt lazımdır. Nədənsə çox tələsirsən.

- Səni illərcə, əsrlərcə gözləyərəm. Mən səni sevirəm. Hər şey bir an­da, bir gündə baş verdi. Özüm də bilmirəm ki, ürəyim, əllərim ni­yə əsdi. Tanrının işi idi ki, bizi bir gündə beş dəfə görüşdürdü. Sə­ni ilk dəfə görəndən səndə bir doğmalıq, hiss etdim, gözlərində ila­hi varlığımı, sevgimi, həyatımın qadınını gördüm.   

- Məni tanımırsan, barəmdə heç nə bilmirsən. Tez deyilmi mənə sev­­­diyini, ürəyini birinci gündən açmağın? Amma kinoteatrda səni gö­­­rəndə, səninlə yan-yana gedərkən əllərimiz bir-birinə toxunanda, san­­­ki ilahi bir qüvvə bizim əllərimizi birləşdirdi, bir-birinə ya­pış­dır­­dı. Mən az qala atamın, anamın yanında da əllərimi ayırmırdım, am­­­ma atam görməsə də, anam görmüşdü. Evdə məni danladı. Ana­ma dedim ki, həmişə bizə zəng vuran oğlandır. Səni səsindən tanı­dım. Anam dedi ki, o, öz evlərinə yığarkən bizim evə düşür həmişə, o oğ­­lan­dır?  Dedim ki, hə, ana, təsadüfən biz onunla bir gündə dörd dəfə gorüşdük. Anam isə dedi: “Elə gün olub ki, o, bir gündə 4 dəfə bi­zim evə zəng vurub, sonra üzr istəyib ki, səhv yığıb, burada nəsə var” - deyərək gülümsədi. Amma dünən elə bildim ki, sən dördün­cü dəfədə məni görmədin.

Mən dedim:


(ardı var)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18