Modern.az

Milli Qəhrəmanın həyat yoldaşı: “İtirilən hər qarış torpaq üçün xəcalətli olacağıq”

Milli Qəhrəmanın həyat yoldaşı: “İtirilən hər qarış torpaq üçün xəcalətli olacağıq”

Müsahibə

15 Dekabr 2011, 00:13

Milli Məclisin deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Flora Qasımova Modern.az saytına müsabibə verib.

- Flora xanım, İdarə Heyətinin üzvü olduğunuz Dağlıq Qarabağın azərbaycanlı icması Xankəndi erməniləri ilə görüşmək üçün müəyyən addımlar atır. Məsələyə münasibətiniz necədir?

 - Hələki Ermənistan rəhbərliyi sülh danışıqlarına razılıq vermir. Danışıqlar gedən vaxt bir neçə variant təklif olunmuşdu. Hər dəfə bu variantlardan bir bəhanə ilə qaçırlar, yəni sülh danışıqlarına getmək istəmirlər. Hələ 1999-cu ildə mərhum prezident Heydər Əliyev belə bir ifadə işlətmişdi ki, “aparılan bütün danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən belə görünür ki, onlar Dağlıq Qarabağa ya müstəqilliyə yaxın status istəyirlər, ya da tamam müstəqillik istəyirlər”.
Baxın, indiyə kimi nə dəyişib? Üstündən hardasa 12 il keçib həmin vaxtdan. Bu illərdə ancaq Azərbaycana təzyiq edilib ki, bəlkə biz onlara müstəqillik verilməsinı razı olaq. Ermənilər də öz arxalarına o qədər güvənirlər ki, heç güzəşt haqqında söhbət gedə bilməz.
Görün işğal olunmuş Dağlıq Qarabağdan kənardakı Azərbaycan torpaqlarında nələr etmirlər? Halbuki, heç Dağlıq Qarabağa aid deyil o torpaqlar. Kəlbəcər və Laçında qeyri-qanuni məskunlaşma, təbii sərvətlərimiz, mədəni abidələrimiz dağıdılır. Kəlbəcər kimi zəngin təbiii sərvətə malik olan rayonumuzu indiyə kimi talayırlar. Azmış kimi indi Ermənistandan birbaşa Kəlbəcərə yol açırlar. Bu yolun ermənilərə nə xeyri olacaq? Onlar məskunlaşmanı daha genişləndirəcəklər, oradakı təbii sərvətlərimizi daha asan yolla daşıyacaqlar. Bunlar fikirləşirlər ki, orada mülki əhali yerləşdirsinlər və Azərbaycan müharibə yolu seçərsə, o zaman bütün dünyaya səs salsınlar ki, ay haray, erməniləri qırdılar. Özləri üçün canlı sipər çəkirlər. 150 minlik əhalisi olan Ağdam şəhərini yerlə-yeksan ediblər. İndi bu torpağı bizə göz dağı kimi göstərirlər. Poliqona çevirirlər, tez-tez orada təlimlər keçirlər, torpağın altını-üstünə çevirirlər. Torpaq inildəyir. Ona görə də deyə bilərəm ki, bunlar nə qədər ki, işğalcılıq niyyətindən, torpaq iddialarında əl çəkməyiblər, bizim Dağlıq Qarabağın erməni icması ilə danışıqlarımızın heç biri xeyri olmayacaq.

- Demək ki, bundan heç bir nəticə gözləmirsiniz...

- Mən Xankəndində yaşamışam. Orada olan ermənilərə bələdəm. Hələ ötən əsrin 80-ci illərinin sonlarında-bu hadisələr başlayanda sadə ermənilər qorxu içərisində idilər, çox narahat idilər. Bizim məktəbdə rus dili dərsi deyən erməni fikirləşə-fikirləşə qalmışdı, çox dilxor idi. Soruşurduq ki, niyə belə edirsən. Dedi ki, “əgər biz Ermənistanla birləşsək, onlar bizə baxmayacaqlar. Bu iş baş tutmasa, Azərbaycan deyəcək ki, siz satqınsınız”. Yəni çox pərişan halda, qorxu içərisində gəzirdilər. Qonşularımız deyirdi ki, niyə Ermənistandan gələnləri burada tutub türməyə salmırlar? Niyə bunlara imkan yaradırlar ki, bura da gəlsinlər. Ermənistandan maşın-maşın insanlar gəlib cavanları yığıb mitinqlər edirdilər. Ağızlarına nə gəlirdi deyirdilər.

- Sadə ermənilər barədə hansı düşüncədəsiniz?

- O vaxt elə bir ciddi münaqişə yox idi. O başqa məsələ ki, həmişə ermənilər öz uşaqlarına onların düşməninin türk olduğunu təlqin edib. Ancaq məndə olan məlumata görə indi ermənilər anlayırlar ki, Azərbaycan Xankəndini onlara verməyəcək. Şimali Qafqaza gedib-gələnlər emənilərlərlə görüşürlər, onlar başa düşürlər ki, bu, Azərbaycan torpağıdır. Heç kəs öz torpağını başqasına verməz. Hətta ermənilər arasında belə bir misal da var: iki qardaş ermənidən biri türmədə yatırmış, o biri bundan istifadə edib onun torpağını kəsib öz həyətinə birləşdirib. Türmədən çıxan qardaş buna görə onu öldürüb. Bunu misal gətirirlər ki, “heç qardaş-qardaşa torpaq vermir. Azərbaycanlılar bizə torpaq verərmi?”. Yəni Xankəndinin sadə erməni əhalisini mən bilən bu saat barışıq üçün ürəkləri gedir. Günləri sayırlar ki, bu məsələ nə vaxt qurtaracaq. Ancaq Ermənistan rəhbərliyi və onların arxasında duranlar buna razılıq verəcəklərimi? Bütün bunların hamısı Azərbaycana təzyiq formasıdır. Onlara maraqlıdır ki, burada belə münaqişə daim alovlansın.

- Siz torpaqlarımızın azadlığı yolunda şəhid olmuş Milli Qəhrəmanın həyat yoildaşısınız. Ermənilərlə barışığa razısınızmı?

- Barış əvvəl-axır olacaq. Bütün müharibələrin sonu sülhlə bitir. Xankəndində olanlar da Azərbaycan vətəndaşlarıdır. Biz öz torpağımıza qayıdanda onlarla istər-istəməz görüşəcəyik. Mən Milli Qəhrəmanın həyat yoldaşı olmaqla bərabər həm də millət vəkiliyəm. Oradakı seçicilərimin  mənafeyimi müdafiə etmək, seçicilərimin adından danışmaq lazımdırsa, görüşəcəyəm. Ancaq indi bu tezdir, buna imkan verilməyəcək. Ermənistan rəhbərliyi buna heç cür imkan verməyəcək. Bildiyimə görə, bir ara da barışığa meyilli imişlər, barışıq istəyirmişlər. Ancaq tez aranı qarışdırdılar ki, barışıq olmasın. Həm də bilirsiniz, ermənilər niyə danışığa gəlmək istəmirlər? Onlar inanırlar ki, bir millətə bu qədər pislik ediblər, Xocalı soyqrımı törədiblər, 20 mindən çox azərbaycanlı öldürüblər. Fikirləşirlər ki, bu millətə bu qədər pislik ediblər, ona görə də biz onları bağışlamayacağıq. Onlar bundan qorxurlar. İkinci bir tərəfdən də onların siyasi rəhbərliyi buna icazə vermir axı. Bunlar hamısı arxalarında duranlardan göstəriş alırlar. Onlarsız Erməsnitan kimdir ki? Sərkisyanın qoltuğunun altına qarpız verib, o qədər yüksəldiblər ki, hətta o türk xalqına həqarət edir.

-  Ermənilərlə münasibətləri necə, bərpa etmək mümkündürmü?

- Xankəndindəki ermənilər bilirlər ki, biz əvvəl-axır, hansı yolla olura olsun, öz torpağımıza qayıdacayıq. Yəni ermənilərlə də münasibəti yaratmaq, əvvəlki münasibətləri bərpa etmək olar. Bu bir şərtlə baş verər ki, əli azərbaycanlı qanına batmış bir dənə cinayətkar cəzasız qalmasın. Başda Sərkisyan, Köçəryan  olmaqla cəzalarını almalıdırlar. İndiki halda Ermənistana təzyiq olunmasa, onlar heç vaxt öz xoşları ilə sülh danışıqlarına getməyəcəklər. Ən yaxşı variant, Azərbaycanın onlara verdiyi güzəştdir, ermənilərin qalıb Azərbaycanda yaşamasıdır.

- Bəs, müharibə necə, bunun tərəfdarı deylisiniz deyəsən...

- Müharibəyə imkan verirlərmi? Müharibə adı çəkən kimi Rusiyanın xarici işlər nazirinin hədəsini eşitdinizmi? Vilnüsdə bu yaxınlarda yekun bəyanat qəbul olundu. Hərbi yol mümkün deyil. Biz buna məhkumuq. Bu bizim torpağımızdır. Bundan sonra itirilən hər qarış torpağa görə, bir millət olaraq bütün millətlər arasında xəcalətli olacağıq.

Aytın ƏLYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü