Modern.az

Nişanlısının məzarına gəlinlikdə gəldi - FOTOLAR

Nişanlısının məzarına gəlinlikdə gəldi - FOTOLAR

Dünya

14 Mart 2019, 13:00

Amerikalı tələbə öz nişanlısının məzarını gəlinlikdə ziyarət edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tenessi ştatının Neşvill şəhərinin sakini olan 24 yaşlı Məhəmməd Şərifi Xbox oyun aparatını satmaq üçün Facebook-dan tapdığı müştəri ilə razılaşıb. Amma alıcı ilə görüş zamanı aralarında mübahisə yaranıb və 20 yaşlı alıcı Şərifini güllələyərək, öldürüb.

 
Məhəmməd Şərifi nişanlı imiş. Onun toy günü də təyin olunubmuş. 

Məhəmmədin İran mənşəli 22 yaşlı sevgilisi Sara Beluci hadisədən 2 həftə sonra onun məzarı üstünə gəlib. Məhz ziyarət günü onların toy mərasimi təyin olunubmuş. Sara Belucinin nişanlısının məzarını gəlinlik paltarında ziyarət etməsi ABŞ mətbuatında təsirli hadisə kimi işıqlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi