Arxiv
14 mart 2019, 13:07 | AKTUAL
Zurabişvili seçim etməlidir – Ya Azərbaycan, ya Ermənistan...

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycandan sonra Ermənistana rəsmi səfər edəcəyi gözlənilən idi.

 

Modern.az saytının məlumatına görə, səfərin birinci Bakıya edilməsi o demək idi ki, Gürcüstanın bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır.

 

Salome Zurabişvilinin prezident seçkisindən əvvəl ermənilərin yaşadığı bölgədə verdiyi açıqlamalar isə Azərbaycanda narahatlıq yaratmışdı. Ancaq Zurabişvili Bakıdakı açıqlamalarında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığa sadiq qalacağını bildirdi.

 

“Salome Zurabişvili martın 13-də Ermənistana səfərinə “erməni soyqırımı” abidəsinin ziyarəti ilə başladı. O “soyqırım” muzeyində də oldu. Bu o demək idi ki, Zurabişvili 100 il əvvəl ermənilərin “soyqrımla” üzləşməsinə inanır. Aydındır ki, bu Azərbaycanda və Türkiyədə xoş qarşılana bilməz. Ermənistana səfər edən rəsmilər heç də həmişə protokola görə “soyqırım” abidəsini ziyarət etmirlər. Bu o deməkdir ki, həmin rəsmilər “soyqıımla” bağlı erməni versiyasını qəbul etmirlər, Türkiyə və Azərbaycanla münasibətlərdə suallar yaratmaq istəmirlər. Salome Zurabişvili “soyqırımı” abidəsini ziyarət edirsə, demək bununla əlaqədar olaraq Türkiyə və Azərbaycandakı narazılıq onu narahat etmir”-deyə “Atlas” araşdırmalar mərkəzinin təhlilində bildirilir.

 

Salome Zurabişvili İrəvanda əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Başabaş görüşdən sonra heyətlərarası görüş oldu. Paşinyan onu xatırlatdı ki, o baş nazir vəzifəsində ilk səfərini Gürcüstana edib. Başqa cür ola da bilməz. Ermənistan Gürcüstandan asılıdır. Rusiya ilə Ermənistan arasında idxal-ixrac əməliyyatları və qaz nəqli tamamən Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına baxmayaraq, Tbilisi Gürcüstan üzərindən Rusiya-Ermənistan əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə belə bir ifadə işlətdi: “Ermənistanla Gürcüstan arasındakı münasibətlər ortaq strateji maraqlar üzərində qurulmalıdır”.

“Bu bir istəkdir. Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə düşən strateji maraqları yoxdur. Rusiya Ermənistanın stareji müttəfiqi olduğu halda Gürcüstanla münasibətləri dondurulmuş haldadır. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal altında saxlayır. Gürcüstan üçün əsas ərazi bütövlüyü prinsipidirsə, Ermənistan üçün “xalqların öz müqədərratını təyinetmə hüququ” başlıcadır. Gürcüstan NATO üzvlüyünə çalışır, Ermənistan isə əks hərbi blokda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb. Ona görə də Paşinyanın Gürcüstanla “strateji maraqlar” haqqındakı ideyası reallığa söykənmir”-deyə analizdə qeyd olunub.

Salome Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda yaşayan ermənilərin və azərbaycanlıların sülh şəratində yaşamalarını istəyir. Zurabişvili bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var. Bunun da səbəbkarı Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulması, Tbilisinin buna seyrçi qalması, azərbaycanlıların isə haqlı etiraz etmələridir. Zurabişvili ona da aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək, bu ölkədə yaşayan iki millət arasında da qarşıdurmalar olacaq.

 

Ermənistan prezidenti Armen Sarkisyan Salome Zurabilvili ilə görüşdə bölgədəki münaqişələrin fərqli olduğuna işarə edərək belə bir cümlə işlətdi: “Münaqişələr danışıqlar yolu ilə həll olunmalı, Qarabağ münaqişəsində isə xalqların özmüqədərratının təyinetmə hüququ ön planda olmalıdır”. Sərkisyan “münaqişələr fərqlidir” açıqlamasıyla sanki Abxaziya, Cənubi Osetiya münaqişəsini Dağlıq Qarabağ münaqişəsindən ayırmaq istəyir. Yəni bir növü İrəvan Gürcüstan nümunəsində Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli yanaşma ortaya qoyur. Təəssüf ki, Salome Zurabişvili İrəvandakı açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini vurğulamadı, Azərbaycanda bir söz, Ermənistanda fərqli söz dedi.

 

Salome Zurabişvilinin Ermənistan prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurdu.

 

“Çünki birincisi Batumi konfransında əsas mövzu nəqliyyat xətləri olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçir. Azərbaycan haqlı olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. Bu baxımdan Ermənistan prezidenti Batumidə nəyi müzakirə edəcək ki? İkincisi Salome Zurabilvişi Batumi konfransına Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki, iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər. Bu onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Ancaq əgər Batumi konfransına Ermənistan prezidenti gələcəksə Azərbaycan prezidentinin iştirakı sual altına olacaq. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir. Odur ki, Salome Zurabişvili seçim etməlidir”-deyə “Atlas” araşdırmalar mərkəzi qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47