Modern.az

“28 May” stansiyasındakı sıxlığın səbəbi - RƏSMİ

“28 May” stansiyasındakı sıxlığın səbəbi - RƏSMİ

14 Mart 2019, 17:23

“Metronun "28 May" stansiyasının ikinci çıxışından əhalinin az istifadəsi əsas çıxışda sıxlığa səbəb olur”.

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. 

H.Məmmədov bildirib ki, "28 May" metrosu iki xətti birləşdirir: "Bu sıxlıq xətlərin ayrılacağı vaxta qədər olacaq. Baxmayaraq ki, "28 May" stansiyası iki çıxışlıdır, yeni istifadəyə verilmiş ikinci çıxışdan sərnişinlər çox istifadə etmirlər. Birinci çıxışdan istifadə sıxlığa gətirib çıxarır". 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir