Yerevanda Opera və Balet Teatrı yaxınlığında iğtişaş baş verib.
Modern.az Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, iğtişaşa həmin ərazidə kafenin sökülməsi səbəb olub.
Kafe sahibləri söküntü işlərinin dayandırılmasını tələb edib. İğtişaş nəticəsində iki nəfər, o cümlədən bir polis əməkdaşı xəsarət alıb.
Bundan başqa, ayağından xəsarət alan Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan xəstəxanaya yerləşdirilib.