Arxiv
14 mart 2019, 19:17 | AKTUAL
Gürcüstan prezidenti Ermənistanı işğalda ittiham etdi

Gürcüstan prezidenti Yerevanda Ermənistanı Azərbaycan torpaqlarının işğalında ittiham etdi

 

Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi “bərabər uzaqlıqda” siyasətinə son qoya bilər.

 

Yerevanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatarı xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi – belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.

 

“Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq”, - Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində Salome Zurabişvili bildirmişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, “oxşar faciələr” dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur.

“İşğal xətləri bizim üçün də sağalmaz yaradır”, - prezident sözlərinə davam edib və məmnunluğunu bildirib ki, işğala baxmayaraq, Gürcüstan və Azərbaycan “öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər”.

“Kommersant”ın bildirdiyinə görə, Yerevandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalımayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib.

 

Ələlxüsus, Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib: onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması “çox vacibdir”. Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. “Bununla da, səfərlərin təşkilatçıları özləri nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir”, - Gürcüstan prezidenti narazılığını gizlətməyib. “Bu, çox təəssüf doğuran və ağrılıdır, - Salome Zurabişvili eyni əhvalda sözlərinə davam edib. – Biz hesab edirik ki, burada (Ermənistanda – “Kommersant”) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47