Arxiv
14 mart 2019, 19:20 | AKTUAL
Vərəm xəstələrinə və ailələrinə dəstəyin artırması təklif olundu

Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi ilə bağlı keçirilən dinləmələrdə çıxış edərək bildirib ki, vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər sürətlənməlidir.

 

 Vərəmlə mübarizədə bütün dünyada olduğu kimi Azərbaycanda müvafiq qurumların, cəmiyyətin mübarizəsi daha da  genişlənməlidir deyən millət vəkili bildirib ki, vərəmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində qanunvericiliyə əlavələrin edilməsinə ehtiyac olarsa qanuna təkrar baxılmasına, KİV-lərin  və  QHT-lərin dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac var və telekanallarda vaxtaşırı  vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır deyib: “Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”.

 

Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. “Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlimirəm. Amma vaxtaşırı  bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır.

Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox  ailələrdə ciddi bigisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam. Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur. Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maairləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da ciddi nəzərə almalıyıq və bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq.

 

Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, onların yaxşı qidalanması, sosial vəziyyəti də əsas faktorlardandır, vərəm xəstələrinin ailələrinə sosial dəstəyin daha da artırılmasının vacibliyi hamımız fərqində olmalıyıq. Xüsusilə kəndlərdə, bölgələrdə xəstələrin mütəmadi olaraq həkim nəzarətində ola bilməsi, mütəmadi olaraq vərəmlə mübarizə istiqamətində mərkəzlərə, xəstəxanalara gedib gələ bilməsi üçün onlara maddi dəstək, eyni zamanda bu cür xəstələrə ambulatorda da olsa da, davamlı güclü nəzarəti təmin etməliyik. Eyni zamanda vərəm xəstələrinin əlilliyə çıxması ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətidnə ciddi addımlar atılmalıdır. Ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür. Əgər bu işləri daha da sürətləndirsək, vərəm xəstələrinin sayının daha da azalmasını, erkən diaqnozla və erkən müalicəsinin başlanması prosesini bu xəstələrə sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarının ciddi şəkildə azalda bilərik ki, inanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verə biləcə," - deyə millət vəkili bildirib.  

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25