Ağsuda yük maşının aşması nəticəsində ölən sürücünün şəxsiyyəti müəyyənləşib.
Modern.az-ın ONA-ya istinadən məlumatına görə, “Shacman” markalı yük avtomobili yoldan çıxaraq su kanalına aşıb. Nəticəsdə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Məmmədov dünyasını dəyişib.
Məlumata görə, aşan yük maşını SOCAR-a məxsus olub.