Arxiv
15 mart 2019, 11:19 | ÖLKƏ
Baş nazir sərəncam imzaladı - Akif Əli təqaüdə göndərilir - EKSKLÜZİV  

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Modern.az-a eksklüziv olaraq Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.


Xatırladaq ki, Akif Əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 


Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .


Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:

-“Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” kst., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” kst., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7 sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir (2000).

Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru olub.

Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22