Modern.az

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiya tətbiq etdi

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiya tətbiq etdi

15 Mart 2019, 12:03

Avropa Birliyi Kerç boğazındakı silahlı insidentə görə 8 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sanksiya siyahısında Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrə sərhəd idarəsinin rəisi və Cənub Hərbi Dairəsininin komandanı da var.

 

“Bu addım Rusiya tərəfinin 2018-ci il 25 noyabrda hərbi güc tətbiq edərək ukraynalı hərbçiləri saxlamasına görə atılıb”.

 

Xatırladaq ki, saxlanılan ukraynalı hərbçilər hələ də azadlığa buraxılmayıb.     

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir