Modern.az

Ərdoğan Yeni Zelandiyadakı terroru PİSLƏDİ: “İslam düşmənçiliyidir”

Ərdoğan Yeni Zelandiyadakı terroru PİSLƏDİ: “İslam düşmənçiliyidir”

15 Mart 2019, 14:23

Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məsciddə 49 nəfərin qətlə yetirilməsi ilə nəticələnən terror aktına münasibət bildirib.

 

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

 

O qeyd edib: “Yeni Zelandiyada ölkəmizi, millətimizi, şəxsən məni də hədəfə alan qatilin xidmət etdiyi ideologiyanın Qərb cəmiyyətini daha sürətlə öz təsiri altına saldığı açıq-aşkar görünür”.

 

O, bu terror aktının İslam düşmənçiliyi olduğunu və əvvəlcədən planlaşdırıldığını vurğulayıb:

“Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu qətiyyətlə pisləyirəm. Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusi ilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram”.

 

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb. Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələyib. 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı