Modern.az

“Rabitə işi”nə görə həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldı

“Rabitə işi”nə görə həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldı

15 Mart 2019, 14:45

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

 

Modern.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, sabiq aparat rəhbəri bu gün səhər saatlarında məhkəmədən sərbəst buraxılıb, o yaxınlarının müşayiəti ilə birbaşa evinə yollanıb.

 

Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

 

Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?