Fransa və Böyük Britaniya hökumətləri Yeni Zelandiyada məscidə silahlı hücumundan sonra dini obyektlərin mühafizəsini gücləndirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu ölkələrdə polis patrulu gücləndirilmiş iş rejiminə keçib.
“Dini əhəmiyyətli yerlərdə polis patrulu gücləndirilib”- deyə Fransanın xarici işlər naziri Kristof Kastaner açıqlama verib.
Britaniya polisinin əks-kəşfiyyat xidmətinin rəhbəri Nil Basu da krallıqda məscidlərin qorunmasına xüsusi diqqət ayrılacağını söyləyib.