Modern.az

Deputat Nəsiminin nəşinin Azərbaycana gətirilməsini istəyir

Deputat Nəsiminin nəşinin Azərbaycana gətirilməsini istəyir

15 Mart 2019, 17:06

“Prezident İlham Əliyevə  Ağsu və Şamaxıda zəlzələ ilə əhaliyə verilən dəstəyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Tahir Kərimli bildirib.

 

T. Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də təşükkür edib: “Səhiyyə Nazirliyinə də təşəkkür etmək istəyirəm. Səhiyyə Nazirliyi səhhətində problemləri olan insanlarla bağlı müraciətimə operativ reaksyia verib, müvafiq addımlar atılıb”.

 

Gömrük sahəsində görülən işlər nəticəsində Azərbaycanda büdcəyə ciddi daxilolmaların baş verdiyini deyən deputat vergi, ekologiya sahəsində yeni metodların üzə çıxmasını müsbət qiymətləndirib:

 

“Biz artıq güclü dövlət qurmuşuq. Ölkəmizdə sənaye, aqroparklar, kənd təsərrüfatı sahəsi güclüdür. Bu islahatların mahiyyəti, güclü dövlət və güclü cəmiyyətin qurulmasından ibarətdir”.

Deputat çıxışında 2019-cu ilin “Nəsimi ili” olmasına da diqqət çəkib.

 

“Nəsimi Azərbaycan mütəfəkkiridir. Dahi Azərbaycan şairidir. Hökumətdən Azərbaycan şairinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı düşünməyi təklif edirəm”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu