Arxiv
15 mart 2019, 17:10 | DİASPOR
Almaniya azərbaycanlıları bir araya gəldilər - FOTOLAR

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.


Daha sonra  Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb,  Şuranın gələcək planlarını diqqətə çatdırıb.


Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan  Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev  fondun fəaliyyət istiqamətləri barədə danışıb.


Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb. Diaspor hərəkatı sahəsində mühüm addım kimi qiymətləndirilən və ikinci ildir ki, ölkəmizdə təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi Almaniyada yaşayan azərbaycanlıların marağına səbəb olub. Qeyd olunub ki, belə bir düşərgənin təşkili yeni  nəsil Azərbaycan diasporu ilə işləmək üçün ən gözəl imkandır.


Toplantıda eyni zamanda Niderland, Belçika, Fransa, Skandinaviya ölkələri üzrə Koordinasiya Şuralarının əlaqələndiriciləri, o cümlədən Mayisə Gündoğdu, Toğrul Zeynallı, Ülviyyə Cabbarova da iştirak və çıxış ediblər. Avropada yaşayan azərbaycanlı alimlər  Cavid Səfərov, Rasim Mirzəyev, Asif Məsimov, Avstriyada  fəaliyyət göstərən diaspor təşkilatının  rəhbəri və karate üzrə dünya çempionu Fərid Əzizov, bəstəkar və pianoçu Abuzər Manafzadə, Avropada  şöhrət qazanmış azərbaycanlı  rəssam Əşrəf Heybətov  Berlində keçirilən müzakirələrin iştirakçısı olub. Onlar çıxışlarında  maraqlı təkliflər səsləndiriblər.


Müzakirələrdə gənclər fəallıq nümayiş etdirib. Almaniyadakı Azərbaycan diaspo­ru­nun təmsilçilərinin yeni və müasir imkanlara söykənərək diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onlayn müzakirə platformalarının təşkili və s. barədə  təklifləri maraqla qarşılanıb.


Sonda Azərbaycanın diaspor siyasəti, Yol Xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları və diaspor təşkilatlarının, onları birləşdirən Koordinasiya Şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.








BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52