Modern.az

Azərbaycan seçicilərinin sayı açıqlanıb

Azərbaycan seçicilərinin sayı açıqlanıb

15 Mart 2019, 17:51

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bu haqda dnışıb. M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

MSK sədrinin sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.

May ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 2 saylı Şərur, 7 saylı Ordubad-Culfa, 15 saylı Yasamal birinci, 37 saylı Nizami birinci (Gəncə), 48 saylı Yevlax, 58 saylı Hacıqabul-Kürdəmir, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 67 saylı Cəlilabad şəhər, 76 saylı Lənkəran-Astara, 98 saylı Şəmkir şəhər, 109 saylı Balakən və 117 saylı Oğuz-Qəbələ seçki dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir