Modern.az

Azərbaycan-Macarıstan əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Macarıstan əməkdaşlığı müzakirə olundu

Aktual

15 Mart 2019, 22:13

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu ölkənin parlamentinin sədri Laslo Köverlə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə iki ölkə parlamentləri arasındakı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

2015-ci ildə Bakıya səfərini məmnuniyyətlə xatırladan Laslo Köver Macarıstanın türkdilli dövlətlərlə əlaqələrinin genişləndiyini və bu prosesdə Azərbaycanın böyük rol oynadığını bildirib. O, Macarıstanın Türkdilli Ölkələrin Parlament Assambleyasında, Beynəlxalq Türk akademiyasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusuna malik olduğunu, bu ilin mayında isə Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisinin fəaliyyətə başlayacağını bildirib. Parlament sədri bildirib ki, bütün bu əlaqələr Macarıstanı türk dövlətlərinə, ilk növbədə isə Azərbaycana daha da yaxınlaşdırır. Bu istiqamətdə əməkdaşlıq və iş birliyi bundan sonra da davam etdiriləcək.

 

Vilayət Quliyev qarşılıqlı səfərlərin təşkili, Azərbaycan-Macarıstan və Macarıstan-Azərbaycan parlament dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi, hər iki ölkənin deputatlarının pan-Avropa qurumları çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlərə toxunub.

 

Səfir, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırkı vəziyyətdən bəhs edib, işğalçı Ermənistanın son zamanlar vəziyyəti daha da gərginləşdirdiyini, açıq anneksiya siyasəti həyata keçirdiyini qeyd edib.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir