Modern.az

Ağdaşda mikroavtobus qəzaya uğradı

Ağdaşda mikroavtobus qəzaya uğradı

Aktual

15 Mart 2019, 22:28

Ağdaş rayonunda mikroavtobus yol qəzasına düşüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 260-cı km-də, Ağdaş rayon Ləki kənd ərazisində qeydə alınıb.

 

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Elçin Qasımovun idarə etdiyi "57-BZ-611" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus yola çıxan inəyi vuraraq öldürüb. Yol qəzası zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə zərər dəyib.

 

Mikroavtobus Bakıdan Şəmkir istiqamətində hərəkətdə olub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır