Arxiv
16 mart 2019, 00:19 | ƏDƏBİYYAT
Moskva xatirələri - II HİSSƏ

Cəlaləddin Qasımov

Əvvəli burada

Mən dedim:

- Dördüncü görüşdə səni telefon nömrəni yığanda tanıdim. Sən evi­ni­zə zəng vuranda nömrəni görüb tanıdım, amma sən məni görmə­din axı. 

Lena:

- Düzdür, onda səni görmədim. Verdiyin konfeti alıb səndən ay­rı­lan­­­­dan sonra sənin “Rusiya” kinoteatrının afişasına diqqətlə baxıb get­­diyini gördüm. Sən fikirli gedirdin. Səndən sonra mən də afişaya bax­­dım. Evə gəlib konfetləri göstərdim, səndən danışdım. Elə bu an­da anam dedi ki, biz çoxdandı kinoteatra getmirik, görəsən nə fil­mi var? Atam dedi: “Mən də kinoteatra getmək istəyirəm”. 
Onlara de­dim ki, bu gün Fransa filmi var. Axşama atam, anam və qardaşım ha­zırlaşdı. Atam dedi ki, biz indiyə kimi ailəliklə kinoya getməmi­şik. Anam mənə də hazırlaşmağımı tapşırdı. Mən də hazırlaşdım və biz ailəlklə kinoteatra gəldik. Kinonun ən maraqlı yerində yat­mış­dım. Yuxumda gördüm ki, sənə bir konfet verirəm. Kinonun axırın­da yuxudan ayıldım. Kino qurtarmışdı. İşıqlar yandı və mən bir an­da ayağa qalxdım. Elə həmin vaxt səni gördüm. Yuxudan ayıl­ma­ğım­­­la, işıqların yanması və səni gözümün qabağında görməyim bir an­da baş verdi. Elə bilirdim ki, hələ yuxudayam, ayılmamışam. Am­ma sən də məni görməmişdin. Necə oldu ki, biz bir-birimizlə bir kinoteatrda yanbayan sırada oturmuşduq. Anama danışanda o, mə­nə dedi: “Bu təsadüf deyil, bu sizi birləşdirən, görüşdürən qüv­və­­dir, amma siz bu barədə fikirləşməyin. Sən birinci kursdasan, dərs­­­lərinlə məşğul ol, mənə demədən onunla gorüşə getmə. Ümu­miy­­yətlə, görüşə getməyə icazə vermirəm”. Mən ilk dəfədir ki, ana­ma demədən, onun icazəsi olmadan, ondan xəbərsiz evdən çıxıram.

   
Biz Puşkin metrosunun yaxınlığında yerləşən “Rusiya” kinoteatrı ilə üzbəüz skamyada oturaraq, söhbət etdik. Lenaya dedim:

- Bilmək istəyirəm, sən kimsən, mənim barəmdə söylədiyin mə­lu­mat­ları haradan öyrənmisən?

- Bilirsən, bu barədə axşam evə gedəndə zəng vurub deyəcəm. Am­ma indi özüm haqqında danışacam. Səndən beş ay kiçiyəm. İyunun on birində Moskvada anadan olmuşam. Lomonosov adına MQU-da Şərq­­şünaslıq fakültəsində oxuyuram. Qardaşım onuncu sinifdə oxu­yur. Atam rejissordu, anam MQU-da dərs deyir. Əmilərim və da­yı­la­rım hüquqşünasdır.

Biz ilk görüşdə bir-birimizi çoxdan tanıyırmışıq kimi Teverskoy kü­çəsi ilə birgə addımladıq. Sonra “Puşkin” metrostansiyasının yaxınlığı ilə yuxarı qalxdıq. Oradan isə “köhnə Bakı” restoranına gəlib orada ye­­mək yedik. Söhbət zamanı Lena məndən soruşdu:


- Kinoteatrdan çıxanda arxamızca gəlib bizim evimizin ün­vanını öyrən­dinmi?

- Yox, çünki mənə demişdin ki, belə eləmə. Həm də sən arxaya baxmadınmı ki, dalınca gəlib-gəlmədiyimi dəqiqləşdirəsən?

- Xeyr, elə bilirdim ki, hələ də yuxudayam. Ona görə dönüb bir də­fə də olsa, arxaya baxmadım, amma səni metronun yaxınlığına gə­lə­­nə kimi gördüm. Mənimlə yanbayan gedirdin, anam da sənə ba­xır­dı. Dayının da sənə görə narahat olduğunu gördüm. Atamın mə­nə verdiyi sualları dayın da sənə verirdi. Bəs sən nə cavab verirdin?


- Mən də dayıma sən dediyin kimi cavab verdim. Çünki sənin vali­deyn­lərinə verdiyin cavabı eşıdirdim. Dayıma dedim ki, yatmışdım, yuxudan oyananda qorxmuşam. Əslində ikimizə də nəsə olmuşdu. 

İki­miz­də də bir-birimizə qarşı olan münasibətimiz, qarşılıqlı sev­gi­miz büruzə vermişdi. Hər ikimizdə olan həyəcan indi də davam edirdi. Görüşümüzdən beş saat ötsə də, hələ də həyəcanımız keç­mə­mişdi. Ürəyimin döyüntüsü, əllərimin əsməsi də keçməmişdi. Onun gözlərinə ba­xanda çoxdandır axtardığım gözləri görürdüm. O, mənə doğma gə­lirdi, sanki onun gözlərini, üzünü çoxdan tanıyırdım.

Le­na dözməyib dilləndi:

- Təklifini birinci görüdə qəbul etdim, səninlə restorana gəldim, heç fikirləşmədən “hə” dedim. Qorxdum ki, məndən yenə küsərsən. Birinci təsadüfi görüsdə sənə alverçi deyəndə məndən küsmüşdün. Söz verirəm ki, bundan sonra sənin xətrinə dəyməyəcəm. Bizim qar­şılıqlı sevgimizə hörmət edəcəm, sadiq olacam, sən də sadiq ol. Mə­ni aldatma, həyatda ilk və son dəfə bir nəfəri sevəcəm. Sənə xə­t­ri­nə dəyəsi bir söz deməyəcəm ki, məndən küsəsən.

O, əl­lə­rim­dən tutaraq bərk sıxdı, bir az ara verib sual etdi, - eləmi?

 
“Bakı” restoranında Azərbaycan mətbəxinin təamlarından yedik, bir az tələbə­lik həyatından, dərslərimizdən söhbət etdik. Sonra resto­ran­dan çıxaraq Kreml meydanına gəldik. Lena evlərinə zəng vurub anasına kitabxanada olduğunu bildirdi. Anası isə:

- Sən mənə yalan danışırsan. Elə indi tez evə gəlməlisən, - dedi.

Le­na anasının təkidindən sonra evlərinə gedəsi oldu. Mən Lenanı ev­lərinə ötürəndə saat altı tamam olardı. Evlərinin yaxınlığına qə­dər onunla gəldim və ayrılma məqamında sabah onun oxuduğu instituta gələcəyimi bil­dirərək de­dim:

- Çox maraqlıdır ki, mənim barəmdə hər şeyi bilirsən. Demişdin ki, növbəti görüşdə deyəcəm. Sabah tezdən səni burada qarşılayıb instituta aparacam. 

Lena - sabah soruşsan sənin barəndə olan məlumatları haradan öyrəndi­yi­­mi deyəcəm, - söylədi və onunla doqquzun yarısında ilk görüşdü­yu­müz yerdə, Tverskoy küçəsində əsas poçtun yanında görüşüb, ora­­dan da piyada gəzərək Lenanın oxuduğu instituta gedəcəyimiz ba­­rədə razılaşdıqdan sonra məndən ayrılıb evlərinə getdi. Mən evə gəldim. Dayım Hafiz evdə məni gözləyirdi: 

- Necə oldu komsomol? İclasın necə keçdi?

Təəccüblə dedim:

- Nə iclas?

Hafiz:

- Zəng gəlmişdi evə. Səni soruşdular, dedim ki, evdə yoxdur, kim­dir? Dedilər ki, institutun komsomol komitəsindəndir, Cə­lal gecikir. “O, komsomola ilk dəfə harada qəbul olubsa, onun ün­va­nı­nı verin, özü gələnə qədər anketə yazmalıyıq” dedilər. Mən də  nə varsa, de­­dim, sonra söylədilər ki, onun ailəsi barədə də məlumat verin. Mən də nə soruşdularsa, cavab verdim. Sonra dedilər ki, sən kim­sən? Dedim ki, dayısıyam, Cəlalı instituta apariıb-gətirirəm. Sonra bəzi suallar da verdilər.

 

Gülərək dedim:

- Dayı, o, komsomol komitə katibidir.

 Bu vaxt zəng gəldi. Dayım telefona cavab vermək istəyərkən mən im­kan vermədim. Tez özüm götürdüm. Dayıma dedim ki, rayondan anam zəng vurub, mənimlə maraqlanır, dərslərimdən, yeməyimdən, içməyimdən soruşur. Dayım dedi:

- İndi bacıma deyəcəm ki, sən evə gec gəlirsən.

 Mən də telefonu uzaqlaşdıraraq dedim:

- Dayı, mən də deyəcəyəm ki, Hafiz dayım heç mənim institutumun ye­rini tanımır. Yalandan deyir ki, mən instituta aparıb-gətirirəm. 

Hafiz:

- Mən zarafat edirdim, - sakitcə mənə dedi və sonra anamla danışı­dı, - hə, vaxtında dərsə gedirik, mən özüm aparıram, dərsdən çı­xan­da da özüm evə gətirirəm, bütün gün də dərs oxuyur.

 Mən atamla, qardaşımla, bacımla danışdım və sonra anama dedim:

- Birinci bağlamanın mən gələnə qədər açmayın, ikinci bağlamanı aça bilərsiniz, qardaşımın ad gününə konfet alıb bağ­lamanı sabah gön­dərəcəm.

Səhərə qədər telefonun yanında zəng gözlədim. Səhərisi gün tez­dən Tverskaya küçəsində əsas poçtun yanında Lena ilə görüş­düm, onun­­­la piyada bir az gəzərək Puşkin metrostansiyasından üç daya­na­caq sonrada yerləşən  Lomonosov adına MQU-ya apardım. O,  sin­fə getdi və mən zəng vurulana qədər onu gözlədim. Tənəffüsdə biz ye­­nidən görüşdük. Beləcə, dərslərinin sonuna qədər onu gözlədim. Dərs qurtardıqdan sonra Lena ilə Puşkin metrostansiyasına gəldik. Şirniy­yat mağazasına getdik. Onunla birlikdə iki dəfə növbə tetetb səkkiz kilo konfet-şokolad aldıq. Oradan da əsas poçta gəlib bağlamanı yo­la saldıq. Lena bağlamanın vərəqini yazdı və özü iki ad günü açıq­cası aldı. Birini öz adından, birini də mənim adımdan yazaraq qar­daşımın ad gününü təbrik etdi. Bağlamanı yola salandan sonra ye­nidən Tverskaya küçəsinin əhali çox olan tərəfinə gələrək “Bakı” res­­toranında yemək yedik. Onun narahat olduğunu gördüm. Anası­nın onu ciddi nəzarət altında saxladığını söylədi. Lena evlərinə get­mək istədiyini bildirərək dedi:

- Anam məndən şübhələnibdir. Sənə olan sevgim məni anama ya­lan danışmağa məcbur edir.

 Sabah həmin yerdə onu gözləyəcəyimi və onunla instituta gedəcə­yi­mi razılaşdırdıqdan sonra onu evlərinə qədər ötürdüm.


Hər gün mən onu dərsə aparırdım və beləcə hər şey təkrar olurdu. Oxuduğum instituta isə getmirdim. Lena bu barədə soruşanda ki, mənim instituta getməməyindən narahatdır, onda dedim: 

- Lena, mənim institutum sənsən, burada sənin yanıdadır. Heç evdə də dayana bilmirəm.

Beləcə, dərslərimə getmirdim. Bütün gün MQU-un həyətində, met­­­­ro ilə universitetin arasında olurdum. Arada Lena da dərsdən tez çıxırdı, mənimlə şəhərdə gəzirdi. Lakin arabir olurdu ki, öz oxu­­­duğum instituta gedirdim. İki aya ya­xın vaxt idi ki, mənə qa­yıb­lar yazılırdı. Həmin gün mənə sonuncu xə­bərdarlıq edildi. Amma mən axırıncı xəbərdarlığa da fikir ver­mə­dim. Xəyalım da, ürəyim də, ancaq Lenanın yanında idi.

 
Bir gün yenə səhər tezdən həmişəki yerdə Lenanı gözləyir­dim ki, dər­sə gedək. Bu zaman tanımadığım bir nəfər yaxınlaşıb adının Anas­tasiya və Lenanın anası olduğunu bildirdikdən sonra dedi:

- Lena bu gün dərsə getməyəcək. Gəldim ki, sənə deyəm ki, Lena­dan əl çəkməlisən, yoxsa sənə baha başa gələcək.

 Dedim:

- Lenanın yo­lun­da hər şeyə hazıram. Heç nədən qorxmuram.

 Lenanın anası Anastasiya dedi:

- Bax, mən gəlmişəm sənə bildirəm. Bu barədə Lenanın atası bil­mir. Əgər o, xəbər tutsa, səninlə belə söhbət etməyəcək. Hələ əmisi bil­sə, səni institutdan da qovacaqlar, eyni zamanda iyirmi dörd saat ərzində Mosk­vanı tərk edəcəksən. Səni deportasiya edəcəklər və bir də Mosk­vaya bu­raxılmayacaqsan.

Mən onun dediklərini göz altına alaraq dedim:

 - Məni institutdan qovdura bilərsiniz. Amma mən Moskvadan Le­na­sız getməyəcəm.

 Anastasiya:

- Sən onsuz da institutdan qovulmaq üzrəsən. Fikirləş, hələ ki mən istəyirəm səni başa salım.

Özümü o yerə qoymayıb dedim:

- Mən Lenanı sevirəm. Heç bir qüvvə bizi ayıra bilməyəcək.

 Anastasiya:

- Onda gəl belə danışaq. Lenanı onsuz da daha görməyəcəksən. Onu maşın aparıb-gətirəcək. Sən də başla dərslərini oxumağa, çün­­ki institutdan qovulmaq üzrəsən, Lena da dərsləri ilə məşğul ol­­sun. İnstitutu bitirin, əgər bir-birinizə qarşı sevginiz qalsa, evlən­mə­­yinizə mən razıyam. Həm də Lenadan da şikayət var ki, dərs­lə­ri­ni oxumur, geri qalır, dərsləri buraxır.

 Mən dedim:

- Lenasız bir gün də ayrı dura bilmirəm. Mən bu gün də Lenanı gö­rə­cəm, onu görməsəm dəli olaram. Sizə yalan demirəm, mən Le­na­nı sevirəm, xahiş edirəm, bizi ayırma. 

Anastasiya:

- Məni başa düşmədinsə, nə Lenanı görəcəksən, nə də ki, Mosk­vanı, - deyib getdi.

 Tez Lenanın oxuduğu instituta gəldim. O, məni görən kimi, dərs­dən çıxıb  mənə ciddi sözü olduğunu dedi:

- Bir müddət görüşməyək, anam bilir, atam və əmilərim də bilsə, sə­nə pislik edəcəklər.

 Lenaya dedim:

- Səndən ayrı dura bilmirəm. Heç nədən də qorxmuram. Bircə qorxdu­ğum Moskvadan deportasiya etməkləridir. Bilmək istəyi­rəm, sən mənimləsənmi? Mənimlə Azərbaycana gedəcəksənmi?  

Lena:

- Bəs səni institutdan qovsalar?

 Dedim:

- Mən Bakıda oxuyaram. Sən yanımda olanda isə heç kimdən, heç nə­dən qorxmuram. Bircə səndən ayrılmaqdan qorxuram. Məndən bu­nu nə heç kim istəyə, nə də məndən ala bilər. Əgər sən mə­nim­lə birlikdə olsan bizə heç kim qalib gələ bilməyəcək.

Lena da mənsiz yaşaya bilmədiyini, mənimlə birlikdə axıra qədər mübarizə edəcəyini bildirdi.

 Səhərsi günü Lena ilə dərsə gedəndə mənə dedi:


Ardı var...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri əmr imzaladı 16 İyul 2019, 10:35 Çeçenistanda təyyarə yaşayış evinə düşdü 16 İyul 2019, 10:32 İngiltərə və Şotlandiya futbol komandaları BANM-da xeyriyyə oyunu keçirib 16 İyul 2019, 10:31 Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir 16 İyul 2019, 10:28 Azərbaycan nefti bahalaşdı 16 İyul 2019, 10:25 Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13