Modern.az

Məsciddə qətliam törədən terrorçu barədə yeni fakt

Məsciddə qətliam törədən terrorçu barədə yeni fakt

Dünya

16 Mart 2019, 00:26

Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığı məlum olub.

Modern.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hazırda terrorçunun Türkiyə ilə əlaqələri araşdırılır.

Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri “facebook” sosial şəbəkəsindən pozulub. “Facebook”un Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik bildirib:

"Video sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın Feysbuk və İnstaqram akkauntlarını, həmçinin həmin videoları pozublar".

"Tvitter" sosial şəbəkəsi də, həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görür. Quql kompaniyası nümayəndəsinin sözlərinə görə, onlar videonun Yutub videohostinqindən tam silinməsi üçün çalışırlar. Bir qədər əvvəl Yeni Zelandiya polisi Kraystçerç şəhərindəki məscidə hücumda ittiham olunan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət etmişdi.

 

Qeyd edək ki, bu gün cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı