Modern.az

“İydə” yeni kolleksiyasını təqdim etdi

“İydə” yeni kolleksiyasını təqdim etdi

16 Mart 2019, 11:14

“İydə” parfümeriya şirkəti yeni kolleksiyasını təqdim edib.

 

Modern.az-ın məlumatına görə, şirkət media nümayəndələri və  ətir sevərlərini Azadlıq prospektində yerləşən filialına toplayıb. Tədbirdə yeni ətir kolleksiyası olan “Xəmsə” təqdim edilib və qonaqlar ətir psixologiyası haqqında maarifləndiriliblər. “İydə” parfumun marketinq departamentinin direktoru Günel Məmmədova qonaqları salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib.
 

Tədbirdə çıxış edən tanınmış psixoterapevt Afət Əsgərzadə isə iştirakçıları ətir dünyasına səyahət etdirib. O, ətir psixologiyasından danışaraq, ətir terapiyasının insan orqanizminə olan təsirini açıqlayıb.

 

“İydə” parfümün 3-cü kolleksiyası olan “Xəmsə” haqqında isə daha ətraflı məlumatı şirkətin nümayəndəsi Aygül Qədirova iştirakçılara çatdırıb. O, yeni kolleksiyanın 5 növünün adını açıqlayıb, "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə". 

 

Tədbirin sonunda qonaqlar üçün furşet təşkil olunub və dəvətlilərə “İydə”nin yeni kolleksiyası olan “Xəmsə”nin parfümlərindan hədiyyələr təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir