Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - VI YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - VI YAZI

18 Mart 2019, 08:25

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Haqq-ədalət sahibi olmaq, haramdan uzaq dayanmaq insan üçün hazır xəzinə, sərvət və mal hesab olunmuşdur. Türkə görə, bəy olan, ağıllı, idraklı, xeyirxah hesab olunan hər bir kəsin mayası halallıqdan yoğrulmalıdır. Belə olan kəslərin adısanı elə, obaya, məmləkətə, dünyaya yayılır. Bu cür olan kəslər - halal insanlar, bəy insanlar beş şeydən uzaq olmalıdır:

Birinci - tələsmək, ikinci - xəsislik, üçüncü - qəzəb,

Bunlara heç vaxt məğlub olma, müqavimət göstər.

Bəyə əsla yaraşmayan dördüncü şey inaddır.

Yaramaz şeylərin beşincisi isə yalançılıqdır.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 165).


Haqq ilə haqq olmaq haqqa qovuşmaqda türkün yeganə yolu olmuşdur. Bu mənada haqq ilə haqq olmaq məsələsi Əhməd Yəsəvinin hikmətlərində sistemli şəkildə açıqlanmışdır. Əhməd Yəsəviyə görə, həlli çətin olan bütün işlər haqq ilə söhbətdə həll olunacaqdır. Burada təkcə quru ibadət kifayət etmir, həm də ilahi eşqə varmaq, öz iç dünyanı ilahi eşqlə nurlandırmaq, Tanrı eşqini hər şeydən üstün tutmaq olduqca vacibdir. Bu cür düşünən Əhməd Yəsəvinin mövqeyi ilə Yunus İmrənin, Nəsiminin, Nəvainin, Füzulinin mövqeyinin üst-üstə düşməsi inandırıcıdır. (bax: Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı, 1997, s. 23-39).

Əhməd Yəsəvinin Tanrıya üz tutaraq söylədiyi:

İlkimaçıbduakılayİzimCəbbar,

Hərkılsanqaşiqkılqıl, pərvərdigar

misraları aşiqliyi eşqin, məhz ilahi eşqin fövqündə təqdim edir. Və sonralar Füzuli Məcnunun dili ilə başqa bir poetik ölçüdə və formada bu dəst-xətti davam etdirir. Füzuli yazır:

Yarəb, bəlayi-eşqiləqılaşinaməni!

Birdəmbəlayi-eşqdənetməcüdaməni!

 

Azeyməinatiniəhli-dərddən,

Yəniki, çoxbəlalərəqılmübtəlaməni!

 

Olduqcaməngötürməbəladaniradətim,

Mənistərəmbəlanı, istərbəlaməni!

 

Təmkinimibəlayi - məhəbbətdəqılmasüst,

Tadusttənedibdeməyəbivəfaməni!

 

Getdikcəhüsnüneyləziyadənigarımın,

Gəldikcədərdinəbetəretmübtəlaməni!

 

Mənqandalaziti-etibacah,

Qılqabili-səadəti-fərqü-fənaməni!

 

Öyləriflnimifirtindəkim,

Vəslinəmümkünolayetirməksəbaməni!

 

NəxvətqılıbnəsibFüzulikimimənə,

Yarəb, müqəyyədeyləməmütləqmanaməni!

(Min beş yüz ilin oğuz şeiri. Antologiya, I kitab, Bakı, “Azərbaycan” nəşriyyatı, 1999, s.150-151).

Füzuli aşiqliyi və onun cəfasını çəkməkdə özünü Məcnundan da artıq sayır, əslində bununla da Tanrısına yaxınlaşır, haqqı bu yolla tapır. O yazır:

MəndəMəcnundanfüzunaşiqlikistedadıvar.

Aşiqi-sadiqmənəm, Məcnununancaqadıvar.

 

Nolaqantökməkdəmahirolsaçeşmimmərdümü

Nütfeyi-qabildürür, qəmzənkimiustadıvar.

 

Qıltəfaxürkim, səninhəmvarmənimtəkaşiqin,

LeylininMəcnunu, ŞirininəgərFərhadıvar.

 

Əhli-təmkinəm, mənibənzətmə, eygül, bülbülə,

Dərdəyoxsəbrionun, hərləhzəmin  fəryadıvar.

 

Ölyəbədhaləmki, əhvalımgörəndəşadolur,

Hərkiminkim, dövrcövründəndili-naşadıvar.

 

Gəz,eykönmquşu,qafilzayi-eşqdə,

Kim, busəhranıngüzərgahındaçoxsəyyadıvar.

 

EyFüzuli, eşqməninqılmanasehdənqəbul,

Əqltədbiridirol,sanmaki,birbünyadıvar.

(Min  beş  yüz  ilin  oğuz  şeri.  Antologiya,  I  kitab,  Bakı,  “Azərbaycan” nəşriyyatı,  1999,  s.145).

İlahi eşq insanın iç dünyasını təmizləyir, ona haqqın yolunu getməklə Tanrısını tanıdır. Tanrısını tanıyanlar isə haqqı tapırlar və haqqın səsi onların həmişə içində olur. Bədii ədəbiyyatdakı bu modeli şifahi xalq ədəbiyyatı nümunələrində - nağıllarda, dastanlarda və klassiklərimizin  əksəriyyətinin  yaradıcılığında  qabarıq  şəkildə görmək mümkündür.

XI-XII yüzilliyin böyük ədibi Əhməd Yügnəki halal və haram barəsində yazır:

Halalkendükaydabukünkanıkim

Haramnıyiyürdeharamtipyidi

Türkiyə türkcəsinə tərcüməsi:

Bugünhelalinkendisinerede, hani;

Kimharamıyerken, haramdiyeyiyor.

 

Türklər Tanrının ən sadiq və məğrur övladları hesab olunmaqla bütün əməllərinə görə Tanrıdan qorxmuş, öz günahları müqabilində ondan çəkinmişlər. Hələ qanunların olmadığı dövrdə, eləcə də ən mükəmməl qanunların fəaliyyəti zamanı türklərin qəlbində bir Allah xofu olmuşdur. Türklər Tanrının // Allahın müqəddəsliyinə, ululuğuna, qüdrətinə, imkanına həmişə özlərini möhtac saymışlar. Ona görə də türklərin qəlbində bir Allah (// Tanrı) xofu olmuş və Allahın məsləhət bilmədiyi işlərin həyata keçməsinə inanmamışlar. Bunun genetik kodu “Allah bilən məsləhətdir” atalar sözündə qorunmuş və indi də yaşamaqdadır. Bu deyilənlər barədə Oğuz babalarımızın söylədiyi atalar sözləri mükəmməlliyi, səlisliyi, hökmlü olması ilə daha da təsirlidir:

Allah-allahdeməyincəişləronmaz. Allahişinbilür.

Allazyüziyoxsulluğungöstərməsün.

Allahtəalaqullarınıqaşıqbirdüşmən

şərrindənsaqlasun.

Allahsağgözisolgözəmöhtaceyləməsün.

Allahöldürmədiginkimsəöldürəməz.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 19, 21).

 


Bu qəbildən olan Azərbaycan atalar sözləri də deyilənləri bir daha təsdiq edir:

Allahbir, sözbir.

Allahbirqapınıbağlayandabirqapınıaçar.

Allahbuəlioələmöhtaceləməsin.

Allahbuynuzsuzqoçunqisasınbuynuzluqoçdaqoymaz.

Allahdemiş: səndənhərəkət, məndənbərəkət.

Allahdeyənnamuradqalmaz.

Allahdəvəyəqanadversəydi, dam - divarıyıxardı.

Allahəyməyənibəndəəyəbilməz.

Allahilanınəməlinbilib, ayağınqarnındayaradıb.

Allahistəyəndanayaqurddəyməz.

Allahkərimdi, quyusudərindi.

Allahmindərdverib, minbirdərman.

Allahsaxlayanıqurdyeməz.

Allahtənbəlisevməz.

Allahverməyənəpeyğəmbərneyləsin?!

Allahainanmayanabəndələrinanmaz. Allahdangəlsəxoşdur.

(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 31-33).

Təsadüfi  deyildir  ki,  “Qutadqu  bilik”  əsəri  Tanrıya olan sonsuz məhəbbətin əlaməti olaraq Tanrının mədhi ilə başlamışdır. Bütün zamanlarda Türk xaqanları Tanrının yeri-göyü yaratdığını,  bütün canlılara ruzi verdiyini qəbul etmişlər. O cümlədən “Qutadqu bilik” əsəri yazıldığı zaman Tabqaç Buğra xan Ulu Tanrının böyüklüyünü, hər şeyin ona möhtac olduğunu, onun təkliyini, şəriksiz olduğunu, qüdrətini məmnunluqla qəbul etmişdir.

Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində Tanrının mədh olunmasından bəzi parçalara diqqət yetirsək deyilənlər bir daha öz təsdiqini tapmış olar:

Tanrınınadıiləsözəbaşladım,

O,yaradan, yetinvəçünrəbbimdir.

 

Vahidtanrıyaminlərcəşükrolsunki,

Onunüçünfənalıqyoxdur.

 

Qarayeri, mavigöyü, günəşi, ayıgecəiləgündüzü,

Xilti,zamanlamanioyaratmışdır.

 

Obütünvarlıqlarıdilədiyaratdı,

Bircədəfəoldedi, dediklərioldu.

 

Bütünxilqətonamöhtacdır,

Möhtacolmayanyalnızözüdür, o - yeganədir.

 

Eybirolan, sənəşərikyoxdur,

Hərşeydənəvvəlsonrasənvarsan.

 

yeriyir, yatar, hərzamanoyaqdır,

Bənzəməz, müqayisəolunmaz, təsəvvüredilməz.

 

Minlərcəsaysız-hesabsızcanlını,

Çölü, dağı, dənizi, təpədərələrisənyaratdın.

 

Yaşılgöyütümənulduzlabəzədin,

Qaranlıqgecəniparlaqgündüzləişıqlatdın.

 

Səniolduğunkimivəsfedəbilmirəm,

Sənisənmədhet! Sözümkəsildi.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 15, 16, 17).

Sevməyi, sevilməyi, geyməyi, yeməyi - hər şeyi Tanrı bizə bəxş edir. Sevdirən də, geydirən də odur.

 

Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir