Modern.az

Deputat Prezidentin əfv sərəncamını alqışladı

Deputat Prezidentin əfv sərəncamını alqışladı

18 Mart 2019, 14:49

“Xalqımız Prezident İlham Əliyev və Birinci-vitse-prezdent Mehriban xanım Əliyevanın fəaliyyətindən və  həyata keçirdikləri islahatlarlardan çox razıdır”. 

 

Bunu  Modern.az-a açıqlamasında deputat , YAP  Xətai rayon  təşkilatının sədri   Hüseynbala  Mirələmov  bildirib.   

 

O qeyd edib ki, martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı yüzlərlə ailəyə növbəti dəfə sevinc yaşadıb

 

“Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Son aylarda 100-ə yaxın müxtəlif sərəncam, fərman və qəralar verilib ki, bu sənədlərin arxasında Azərbaycan insanının daha yaxşı yaşaması dayanır.  

 

Möhtərəm dövlət başçısının Novruzqabağı  humanist addımı  da  hamılıqla alqışla qarşılanır .Əfv olunanlar müəyyən cinayət törədən və cəzasının müəyyən hissəsini çəkənlərdir.  

 

Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar. Onların cəzasının bağışlanması həm həmin şəxslər üçün, həm də onların ailə üzvləri üçün bayram sevincidir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı