Modern.az

Dindarlar əfv sərəncamına görə Prezidentə təşəkkür etdilər

Dindarlar əfv sərəncamına görə Prezidentə təşəkkür etdilər

Aktual

18 Mart 2019, 15:00

“Bütün dindarlar adından bir qrup dindarlara da şamil olunan əfvə görə Azərbaycan prezidetinə təşəkkür edirəm”.

Bu sözləri Modern.az-a açıqlamasında tanınmış ilahiyyatçı, İçərişəhərdəki Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli söyləyib. O xüsusilə vurğulayıb ki, Azərbaycan dövlət-din münasibətlərində hər zaman özünəməxsusuluğu ilə seçilib:

“Prezidentin əfv sərəncamı ilk deyil, hər il bayramlarda bu addım atılır. Bu, hər kəs tərəfindən təqdirəlayiq qarşılanır. Hazırkı çətin dönəmdə prezidentin atdığı addımlar müsbət mənada insanların ruhunu dəyişdirdi. Bir qrup dindarlara da şamil olunan əfv Novruz baramı ərəfəsində ikiqat bayram yaşatdı”.

Hacı Surxay Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam hacı Allahşükür Paşazadənin də adını qeyd edərək, əfv komissiyasının üzvü kimi çox işlər gördüyünü söyləyib:

“Çoxsaylı dindarların ailələrinin, valideynlərinin müraciətlərini nəzərə alan şeyxülislam da prezidentə müraciət etdi.

Dindarlar adından, xüsusilə, ölkə başçısına əfvlə bağlı salam və sayğılarımı, təşəkkürümü çatdırıram”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır