Modern.az

Deputatlar sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər - FOTOLAR

Deputatlar sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər - FOTOLAR

18 Mart 2019, 15:30

Martın 18-də millət vəkili Hadi Rəcəbli, İqbal Məmmədov, Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov və başqaları “Qayğı” Uşaq Reablitasiya Mərkəzində təşkil olunmuş Novruz şənliyində iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbirdə mərkəzin himayəsində olan uşaqlar tərəfindən şerlər söylənib, müxtəlif rəqslər və mahnılar ifa edilib.

 

Bayram şənliyində iştirak edən deputat İqbal Məmmədov bildirib ki, Bu uşaqlar dünyanın ən günahsız, məsum və təmiz varlıqlarıdır:

 

"Bu balaların hər kəsdən daha çox diqqətə və qayğıya ehtiyacı var. Onlar bizim sevincimiz və xoşbəxtliyimizdirlər. Bu istiqamətdə Heydər Əliyev Fondu olduqca təqdirəlayiq işlər həyata keçirir, uşaq və gəncləri daim diqqət mərkəzində saxlayır, onlara ailə qayğısı göstərir. Hər bir vətəndaşımız bu körpə balalarımıza öz sevgisini və mərhəmətini nümayiş etdirməlidir. Çətinliklər və əziyyətlərlə dolu olan dünyamızın bu təmiz ruhlara, bu gülüşlərə, bu məsumiyyətə ehtiyacı var. Əziz övladlarımıza xidmət üçün belə bir müəssisənin yaradılmasında, fəaliyyətində və belə gözəl tədbirlərin təşkilində əməyi keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir