Modern.az

Sabah qış havası olmayacaq

Sabah qış havası olmayacaq

16 Dekabr 2011, 12:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, qıraq şərq rayonlarında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta təşkil edəcək.

Hava haqqında qısa icmala gəlincə isə yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir