Modern.az

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

18 Mart 2019, 17:06

Cənab Prezident İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

 

Bu barədə Gənclər Fondunun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, Şəhidimiz (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulub.

 

Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə Novruz Bayramı ərəfəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində bütün ailələrə Novruz sovqatı çatdırılıb.

 

Qeyd edək ki, kampaniya bayram günləri ərzində davam edəcək və bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına müraciət edə və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.

 

Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ adlı kampaniya il boyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

 

Qeyd: Aksiya 18 mart, saat 09:00-da Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq.

Bütün KİV nümayəndələrindən aksiyanı işıqlandırmağı xahiş edirik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir