Modern.az

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   

18 Mart 2019, 17:32

1997-ci il təvəllüdlü  Şəki şəhər sakini  Fərman Abdurəhimov martın 15-i səhər  saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdı,  arıq bədən quruluşludur.

  Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir