Modern.az

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

18 Mart 2019, 17:19

Martın 18-də Azərbaycan Kooperasiya Universitetində təntənəli bayram tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin müəllim və tələbələrinin iştirak etdiyi bayram tədbirini Elmi işlər və innovasiya üzrə prorektor, professor Bəyalı Ataşov açıb.

 

O, bütün kollektivi universitetin rektoru, professor Eldar Quliyevin adından təbrik edib.

 

B.Ataşov bildirib ki, bu bayram xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir.

 

“Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib". 


Açılışdan sonra bayram şənliyi proqrama uyğun olaraq davam etdirilib.

 

Qeyd edək ki, tədbirdə Azərbaycan milli musiqiləri, eyni zamanda incəsənət nümayəndələrinin şən ifaları səsləndirilib, müxtəlif rəqs nömrələri və keçəl-kosanın şən zarafatla dolu səhnəcikləri izlənilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır