Modern.az

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

18 Mart 2019, 19:20

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Lerik rayonunda ümumrayon şənliyi keçirilib.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi təşkil olunub.


Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olub.

 

Sonra bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırılıb.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışıb. Cənab Prezidentin Lerik rayonuna dördüncü səfərinin xoş xatirələrlə xatırlandığını və Prezident cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini, əhalinin bayram öncəsi  ərzaqla təminatının yaxşılaşdırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə bayram yarmarkalarının təşkilini qeyd edən natiq gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu edib.

 


Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!