Arxiv
18 mart 2019, 19:50 | AKTUAL
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində fondun 10 illiyinə həsr olunan film nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycanda kütləvi informasiya vasitələrinin və jurnalistikanın inkişafında önəmli rol oynayıb:

 

“Fond Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu fondun yaradılması təşəbbüsünü cənab Prezident İlham Əliyev irəli sürüb. 10 il bundan qabaq fondun yaradılması ilə bağlı Prezidentin sərəncamı imzalandı. Ondan bir il qabaq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm konsepsiyanın qəbul edilməsi, həm də fondun yaradılması Azərbaycanda dövlətin mediaya qayğısını, dəstəyini sistemləşdirən və vahid konsepsiya ilə həyata keçirən bir mexanizmin yaradılmasını ehtiva edirdi”.

 

PA rəsmisi bildirib ki, 10 ildir Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə, onların şəxsi və xidməti ehtiyaclarına, o cümlədən KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir və bu prosesdə heç bir qaranlıq məqam yoxdur:

 

“Bu 10 il müddətində kütləvi informasiya vasitələrinə, jurnalistlərə nə edilibsə, kollegial şəkildə edilib, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi, müsabiqələrdə qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların paylanması tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. Ona görə də Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin bugünkü məmnunluq nümayiş etdirən münasibəti də ona gətirib çıxarıb ki, neçə ildir davamlı olaraq jurnalistlər İlham Əliyevi özünün dostu seçir. Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”.

 

Daha sonra tədbirdə çıxış edən V.Səfərli bildirib ki, 10 il ərzində Fond tərəfindən bir çox layihələr həyata keçirilib: “İstər yerli icra hakimiyyətləri, istərsə də mərkəzi icra orqanları və digər qurumlarla birgə bir çox layihələr həyata keçirmişik. 10 ildə çox işlər görülüb, jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Fond ildə 3 dəfə - Novruz bayramında, Milli mətbuatın yaranma günündə və Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə müsabiqə keçirir”.

 

V.Səfərli Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə mətbuat adından minnətdarlığını bildirib, eyni zamanda, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56 827 güzəştli mənzil satışa çıxarılacaq 20 İyun 2019, 15:41 BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib   20 İyun 2019, 15:37 Rüstəm Usubov Ağstafadakı qətl HAQDA: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib 20 İyun 2019, 15:33 Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında   20 İyun 2019, 15:18 Niyazi Bayramov şikayətlərlə yerində tanış oldu 20 İyun 2019, 15:13 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 20 İyun 2019, 15:09