Arxiv
18 mart 2019, 19:28 | AKTUAL
UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər” mövzusunda müzakirələr aparılıb.

 

UNEC-dən Modern.az-a bildirilib ki, tədbirdə universitetin doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

 

Daha sonra beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, dosent Altay İsmayılov tələbələrin elmi fəaliyyəti barədə məlumat verib. O, Empirik Tədqiqatlar Mərkəzi və beynəlxalq iqtisadiyyat kafedrası tərəfindən tələbələr üçün “Tədqiqat vaxtı” layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Layihə haqqında məlumat verən Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev gənclərin tədqiqat potensialının yüksək olduğunu qeyd edərək qazanılan uğurları diqqətə çatdırıb. Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 3-cü kurs tələbələri Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllifliyi ilə yazılmış “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz” məqaləsinin SCOPUS bazasında indeksləşən beynəlxalq nüfuzlu jurnalda dərc edilməsi diqqətə çatdırılıb.

 

Sonra beynəlxalq iqtisadiyyat kafedrasının 3-cü kurs tələbələrinin - Əsmər İsayevanın “Həyat məmnuniyyəti və emiqrasiyaya meyillilik arasında əlaqənin empirik təhlili”, Nigar Bəkirovanın “Təhsil səviyyəsi və maaş arasında əlaqənin empirik təhlili: Cinsi mənsubiyyətə görə diskriminasiya varmı?”, Cavid Seyfullalının, Nərmin Səidovanın, Tural Musayevin və Fərzalı Nuhiyevin həmmüəllifi olduqları “Azərbaycanda qadınların əmək bazarında iştirakında təhsilin və həyat yoldaşının gəlirinin rolu: empirik analiz” mövzularında tədqiqat işlərinin əsas nəticələri barədə məruzələri dinlənilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56 827 güzəştli mənzil satışa çıxarılacaq 20 İyun 2019, 15:41 BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib   20 İyun 2019, 15:37 Rüstəm Usubov Ağstafadakı qətl HAQDA: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib 20 İyun 2019, 15:33 Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında   20 İyun 2019, 15:18 Niyazi Bayramov şikayətlərlə yerində tanış oldu 20 İyun 2019, 15:13