Modern.az

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

18 Mart 2019, 20:04

Martın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, görüşdə “Lukoyl” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “Lukoyl”un iştirakı yüksək qiymətləndirilib.

 

V.Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yüksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

“Lukoyl” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir