Modern.az

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

18 Mart 2019, 20:42

Gürcüstanda son üç həftə ərzində qızılcaya yoluxma hallarının dinamikası aşağı düşüb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, martın 16-na olan məlumata əsasən, ölkədə qızılcaya 2 385 yoluxma halı qeydə alınıb: “Yanvar-fevral aylarında olduğu kimi hazırda yoluxma ilə bağlı sürətli artım müşahidə olunmur. Yanvarın 19-dan etibarən 100 min nəfərdən çox insan peyvənd olunub. Bu, yaxşı göstəricidir. Lakin qızılcanın qarşısını almaq üçün il ərzində əlavə olaraq daha 250 min nəfər peyvənd olunmalıdır”.

Mərkəz rəhbəri qeyd edib ki, ölkədə peyvəndin kifayət qədər ehtiyatı var və peyvəndləmə dövlət hesabına həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?