Modern.az

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

18 Mart 2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində jurnalistlərə deyib.

 

Nazir bildirib ki, biz gün ərzində 4 min bareldən çox neft ixracını dayandırmışıq: “Hazırda tərəfdaşlarımızla işləyirik, həmçinin yeni bazarlar axtarırıq. Rusiya əməkdaşlıq etmək və tədarükü artırmaq istədiyimiz dövlətlərdən biridir".

 

Hindistanın Venesueladan neft alışından imtina etməsinə gəlincə, M.K.Fernandes buna baxmayaraq ölkələrin ticarət münasibətlərini saxladığını vurğulayıb:

 

"Biz neft hasilatını hələ ötən il bərpa etməyə başladıq və bu işi 2019-cu ildə də davam etdirmək niyyətindəyik".

 

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

 

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi