Modern.az

Qatar qəzasında 24 nəfər öldü

Qatar qəzasında 24 nəfər öldü

Dünya

18 Mart 2019, 22:57

Konqonun Kasai vilayətində yük qatarının relslərdən çıxması nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AFP yerli polisə istinadən məlumat yayıb. Bildirilir ki, sərnişinlərin əksəriyyəti qatara qanunsuz daxil olub. Qurbanlar arasında uşaqlar çoxluq təşkil edir. Qəza nəticəsində bir neçə vaqon aşıb, bir neçəsi isə körpüdən çaya düşüb. Qurbanların sayının artacağı gözlənilir.

 

Qəzanın səbəbləri hələlik bilinmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi