Arxiv
19 mart 2019, 10:35 | AKTUAL
Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Kapital Bank və Paşa Holdinq-in nümayəndələri 13-14 mart 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən Dubayda keçirilən beynəlxalq forumda iştirak ediblər. “Dəyiş. Uyğunlaş. İnkişaf et” şüarı altında keçirilən tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov qatılıb.

 

Modern.az xəbər verir ki, tədbir texnoloji yeniliklər, komplayens və bir sıra digər məsələlərlə bağlı müxtəlif beynəlxalq ekspertlərin çıxışları ilə yadda qalıb. Tədbir zamanı “Rəqəmsal Transformasiyalar Dövründə Komplayens”, “Ödənişlərin Transformasiya Texnologiyası” və digər mövzularda müzakirələr aparılıb.

 

Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qeyd edib ki, bu ilki tədbirin əsas məqsədi maliyyə sektorunda yeni texnologiyaların əhəmiyyətini müzakirə etməkdir. Rəqəmsal transformasiyanın bir hissəsi kimi İnnovasiya, müştərilərdən yüksək gözləntilərə cavab vermək üçün yeni imkanlar yaradır, eyni zamanda, kiber təhlükəsizlik, yeni normativ siyasət, xüsusilə komplayens və fırıldaqçılığa qarşı xəbərdarlıq hallarına hazır olmağa zəmin yaradır.

 

Həmçinin, “MENA regionun iqtisadi reallığı” panelində çıxış edən Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov bildirib ki, MENA regionu əsasən neft istehsalı və ixracı ilə xarakterizə olunur. Bu baxımdan yaxın və orta müddətli dövrdə neft qiymətinin dinamikası və ümumi iqtisadi aktivlikdə özəl sektorun iştirakının artırılması gündəlikdə duran əsas iqtisadi məsələlər olacaq.

 

Qeyd edək ki, tədbir 2017-ci ildə BAFT tərəfindən yaradılan MENA bölməsi (Middle East, North Africa) tərəfindən keçirilib və əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vasim Məmmədəliyevlə vida mərasiminin yeri AÇIQLANDI 14 Oktyabr 2019, 10:36 ADU-da “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa keçirilib 14 Oktyabr 2019, 10:35 Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb” 14 Oktyabr 2019, 10:22 MDB dövlətlərinin nazirləri Bakıya toplaşdı 14 Oktyabr 2019, 10:18 Mingəçevirdə evdən köhnə istilik sistemlərini oğurladılar 14 Oktyabr 2019, 10:17 Nədən doğma sözümüzü alınma söz kimi yazırıq? 14 Oktyabr 2019, 10:13 BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb 14 Oktyabr 2019, 10:10 “Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva  14 Oktyabr 2019, 10:08 Bakının bu rayonu qazsız qalacaq 14 Oktyabr 2019, 10:04 Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47