Modern.az

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB  

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB   

19 Mart 2019, 12:56

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.

 

Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.

Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.

Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

 

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

Dövlət başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.

“Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlət başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdiriblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər