Arxiv
19 mart 2019, 12:20 | AKTUAL
Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində

Martın 16-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib. TÜRKPA Katibliyindən verilən məlumata görə, tədbirdə Milli Məclisin qurumda təmsil olunan deputatları Əhliman Əmiraslanov, Hikmət Babaoğlu, Nizami Cəfərov, Cavanşir Feyziyev, Şəmsəddin Hacıyev, İlham Əliyev və digər qonaqlar iştirak ediblər. 

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov çıxış edərək çoxəsrlik tarixi olan Novruz bayramının türkdilli ölkələrdə yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətini vurğulayıb və Novruzun sülh və əmin-amanlıq, sabitlik rəmzi olduğunu bildirib. Baş katib görüşdə iştirak edən hər kəsə təşəkkür edib, Novruz bayramı münasibətilə təbrik edib və TÜRKPA Katibliyinin bu kimi tədbirlərə ev sahibliyi etməyə daim hazır olduğunu söyləyib.

Tədbirdə çıxış edən TÜRKPA-da Milli Məclisin nümayəndə heyətinin üzvlərindən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Novruzun türk xalqlarının ortaq bayramı olduğunu vurğulayıb. Qeyd edib ki, baharın gəlişi və təbiətin oyanışı ilə əlaqədar qeyd olunan bu bayram türkdilli ölkələr arasında dərin tarixi və mədəni bağlardan xəbər verir. Onun sözlərinə görə, Novruz qardaşlıq, birlik və mənəvi saflıq rəmzi olaraq xalqlarımızın zəngin adət-ənənəsini nümayiş etdirir. 

Novruzun türk xalqlarının ümumi mədəni dəyəri olduğunu qeyd edən Milli Məclisin deputatı Nizami Cəfərov bu bayramın insanlara sevinc, xoşbəxtlik və nikbin əhval-ruhiyyə gətirdiyini bildirib. O, Novruzun qeyd edilməsinin milli dəyərlərə sadiqlik və onların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Novruz bayramını ulu əcdadların türk xalqlarına gözəl yadigarı kimi qiymətləndirən millət vəkili bayramın qəlblərdə saf duyğular oyatdığını, səmimiyyət və mehribanlıq hissləri yaratdığını qeyd edib.
Tədbirdə digər çıxış edən natiqlər də türkdilli xalqları bir-birinə bağlayan bu qədim bayramın kökləri, tarixi və əhəmiyyəti barədə fikirlərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Təmas xəttində nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamımın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11