Modern.az

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

19 Mart 2019, 12:30

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.

Bu haqda Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952,0 milyon manatlıq vəsait qalıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?