Modern.az

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

19 Mart 2019, 13:59

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günya  Əfəndiyeva Bolgarıstan Respublikasına səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Bolqarıstandakı səfirləri ilə görüşlər keçirib.

Fonddan Modern.az-a bildirilib ki, Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə keçirilən görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bolgarıstanın Kırcaalı və Sofiya şəhərlərində həyata keçirilən tədbirlərinin təşkilində göstərdiyi yüksək səviyyəli dəstəyə görə səfirliyə təşəkkürünü bildirərək, türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə Fondun həyata keçirdiyi digər layihələrdən bəhs edib. Görüşdə, Fondun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni mirasının mühafizəsi istiqamətində birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək bildirilib.

Qazaxıstan Respublikasının Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə görüş zamanı Fondun prioritet istiqamətlərindən olan türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq gələcək nəsillərə ötürmək olduğundan bəhs edilib. Qazax xalqının ümumtürk, eləcə də dünya mədəniyyətinə böyük töhfələr verdiyi bildirilərək Fondun bu istiqamətdə apardığı tədbir və layihələrdə birlikdə çalışmağa maraqlı olduqları səfir tərəfindən qeyd edilib.

Türkiyə Respublikasının Bolqarıstandakı səfiri Hasan Ulusoy ilə görüş zamanı türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, səfirlik tərəfindən Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı gələcək layihələrinə dair dəstək ifadə edilərək, türk dünyasının önəmli parçası olan Tükiyə ilə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu