Arxiv
19 mart 2019, 15:04 | AKTUAL
AQTA maarifləndirir - Bayramda necə qidalanmalı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Bayramda qidalanma” haqqında olacaq.

Bayramda necə qidalanmalı?

Novruz xalqımızın dərin tarixi keçmişə, ənənələrə malik, sevərək qeyd edilən bayramlarındandır. Bu bayram eyni zamanda zəngin süfrəsi, müxtəlif simvolik mənalar daşıyan şəkərli un məmulatları, şirniyatları ilə tanınır. Novruz bayramı dedikdə ağıla ilk gələn müxtəlif çərəzlər, quru meyvələr, boyanmış yumurtalar və dadlı şirniyyatlarla bəzədilən bayram xonçası olur.

Bayram xonçasında olan şirniyyatlara nəzər yetirsək görərik ki, bu şirniyyatların tərkibi qoz və ya fındıq əzməsi ilə şəkər tozu əlavə edilmiş içliklərlə hazırlanır. Bundan başqa süfrələrin bəzəyi olan paxlavanın hazırlanmasında da bu içliklə yanaşı şəkərli və ya ballı şərbətdən də istifadə edilir. Hazırlanmış bu şirniyyatlar yüksək kalorili olduğundan təzyiq və şəkər xəstəliyi olan insanlar üçün  təhlükəlidir. Xüsusilə gün ərzində hər üç şirniyyatın eyni zamanda istehlakı tövsiyə olunmur. Çünki belə olduğu təqdirdə orqanizm yüklənir, mədə-bağırsaq sistemində pozulmalar müşahidə edilir, həzm prosesinin sürəti zəifləyir. Bayram günləri qoğal üçün hazırlanan içliyə əlavə edilən müxtəlif ədviyyatlar mütəmadi olaraq istehlak edildikdə allergik təsirə malik ola bilər.

Bayram xonçalarımızın digər bəzəyi isə müxtəlif  növ çərəzlərdir. Buraya gərzəkli meyvələrdən qoz, fındıq, badam, püstə, iydə və şabalıd daxildir. Ümumiyyətlə gərzəkli meyvələrin tərkibi 30-70% yağla zəngindir. Adətən müxtəlif bayram təamlarının qəbulundan sonra çərəzlərdən  gün ərzində 1 ovucdan artıq istehlak etmək tövsiyə olunmur.

Bundan başqa uşaqların sevincinə səbəb olan bayram adət-ənənələrimizdən  biri də yumurta döyüşdürməkdir. Belə ki, bayram günlərinin daha şən və əyləncəli keçməsi üçün rəngarəng boyanmış yumurtalar hazırlanır. Çalışmaq lazımdır ki,  yumurtaların boyanması zamanı təbii qida boyalarına üstünlük verilsin. Bəzək məqsədilə yumurta boyanmasında istifadə edilən süni qida boyaları, müxtəlif yapışqanlı kağızlar yumurtanın qaynama prosesində gözcüklərdən daxilə nüfuz edərək müxtəlif miqyaslı zəhərlənmələrə səbəb ola bilər. Bundan başqa bişirilmiş yumurtaların bayramdan sonra otaq temperaturunda  xonçada saxlanılması da yolverilməzdir. Yaxşı olar ki, həmin yumurtaları soyuducuda saxlanılsın və bişirilməzdən əvvəl ailə üzvlərinin istəyinə, sayına uyğun olaraq hazırlansın.

Yuxarıda qeyd olunan məqamlardan başqa bayram günlərində süfrələrimiz müxtəlif qazan yeməkləri, ət qovurmaları, dolma, müxtəlif tərəvəzli salatlar ilə də zəngin olur. Yaxşı olar ki, salatların hazırlanmasında mayonez və ya yüksək yağlı xamaları təmiz zeytun yağı ilə əvəz edilsin. Mayonezlə hazırlanmış salatların saxlanılmasına xüsusi diqqət etmək lazımdır. Bişirilmiş tərəvəzlərdən hazırlanmış salatlar hazırlandıqdan dərhal sonra  bir neçə saat içərisində istehlak edilməlidir. Əgər bayram yeməklərindən artıq qalarsa, yeməklərin otaq temperaturunda deyil, soyuducuda saxlanılması tövsiyə edilir. Yeməklərin saxlanıldığı qabların materialı da nəzərə alınmalıdır. Belə ki, əgər plastik qablardan istifadə ediləcəksə, qablaşma üzərində materialın insan orqanizmi və sağlamlığı üçün təhlükəsiz olduğunu göstərən qədəh və çəngəl işarəsinə xüsusi diqqət edilməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50