Arxiv
19 mart 2019, 15:04 | AKTUAL
Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI  

Ölkə başçısının bir neçə gün əvvəl Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamı müxalifət liderləri tərəfindən də dəyərləndirilib.


Modern.az
-a bu barədə danışan sabiq deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıb:

“Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara “həmişə azadlıqda” deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram və bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını istəyirəm. Allah qalanlarının da bağlı qapılarını açsın!”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə əfvi normal qiymətləndirir:

“Əfvə düşən şəxsləri təbrik edirik. Həmişə ev-eşiklərində olsunlar. Amma bu addım hamıya şamil olunmalı idi. İçəridə qalan məhbuslar kifayət qədər çoxdur. Keşkə onlar da əfvdən yararlana biləydilər”.


Azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa çıxmasını müsbət dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu azad olunan bütün məhbusları təbrik edib:


“Azadlıq insanların təbii hüquqlarına aiddir. İnsanların günahsız şəkildə həbsxanalarda yatması təbii hüquqlarından məhrum edilməsi deməkdir. Ona görə, mən bütün azad olunan məhbusları təbrik edirəm və əfv addımını müsbət qiymətləndirirəm. Azad olunanların içərisində siyasi məhbusların, uzun illərdir  beynəlxalq təşkilatların azad olunmasını tələb etdiyi şəxslərin olması cəmiyyətdə də müsbət fikirlər yaradır. Həmçinin, beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı mövqeyinin dəyişməsinə də məhz bu addımlar səbəb olur”.

Bununla belə S.Cəlaloğlu siyasi məhbus problemininin bütövlükdə həll edilməməsindən təəssüflənib: “Siyasi məhbuslardan bəziləri həbsxanada qalmaqdadır”.

ADP sədri deyib ki, hüquq-mühafizə sistemində islahatlar aparılmasına ehtiyac var: “Məhkəmələr müstəqil deyil, istintaq prokurorluqdan ayrılmayıb, prokurorluq dövlətin adından çıxış edir, vəkillər institutu dövlətə məxsusdur və s. Müstəqil vəkillər yoxdur və vətəndaşların məhkəmələrdə effektiv müdafiə sistemi olmadığından hakimlər, prokurorlar istənilən sifarişi yerinə yetirirlər. Yalnış qərarlar çıxaran hakimlərin cəzalandırılmaması bu halların artmasına şərait yaradır. Ona görə, hüquq sistemində ciddi islahatlar aparılmadan siyasi məhbus problemi həll edilməyəcək”.

S.Cəlaloğlu deyib ki, ADP İdarə Heyətinin iclasında hökuməti siyasi məhbus məsələsinin köklü həlli ilə bağlı islahatlara getməyə çağırıblar:
“Bu islahatların bəzilərini sadaladıq. Bura istintaqın prokurorluqdan ayrılması, prokurorluğun dövlət adından çıxış etməsinin qarşısının alınması, müstəqil vəkillik institutunun yaradılması, Azərbaycan məhkəmələrinin Avropa Məhkəməsi tərəfindən ləğv edilən qərarlarını çıxarmış hakimlərin cəzalandırılması kimi təkliflər aiddir”.


Müsavat Partiyasının sədri Arif Hacılı da həbsxanalarında hələ də günahsız məhbusların qalmasaından təəssüfləndiyini vurğulayıb:

“Məhbusların sayının az olması cəmiyyətin xeyrinədir. Bu mənada siyasi məhbusların bir hissəsinin azadlığa buraxılması müsbət hadisədir. Lakin onların tam şəkildə azad edilməməsi bu addımın yarımçıq addım kimi qalmasına səbəb oldu. Eyni zamanda, istər ölkəmizin özündə, istərsə də beynəlxalq birlik tərəfindən ciddi müdafiə olunan, azadlıqları tələb edilən jurnalistlər əfvə düşmədilər. Seymur Həzinin, Əfqan Muxtarlının, Fuad Əhmədovun, Azad Həsənov və başqaları da azadlığa buraxılmalı idilər”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56 827 güzəştli mənzil satışa çıxarılacaq 20 İyun 2019, 15:41 BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib   20 İyun 2019, 15:37 Rüstəm Usubov Ağstafadakı qətl HAQDA: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib 20 İyun 2019, 15:33 Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında   20 İyun 2019, 15:18 Niyazi Bayramov şikayətlərlə yerində tanış oldu 20 İyun 2019, 15:13 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 20 İyun 2019, 15:09