Modern.az

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   

19 Mart 2019, 17:24

Amerika Birləşmiş Ştatları Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayır.

Bu barədə Modern.az-a Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən məlumat verilib.


“Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik”,-deyə səfirlikdən verilən amıqmada vurğulanır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi